Qoroskop
Astroloji proqnoz - 30 oktyabr
Qoç - Maliyyə məsələlərinə bu gün aydınlıq gətirin. Tanıdığınız və dəyər verdiyiniz insanlara qarşı güc, kobudluq, təzyiqə əl atmayın. Ətrafınızdakı insanlar sizə qarşı deyillər və onlarla müvafiq formada danışsanız, yardım edəcəklər. Bu gün izafi məsləhətlər alaraq, işlərinizi başqalarının göstərişi əsasında qurmayın. Gün ərzində ev üçün nə isə almaq, təcili və təxirəsalınmaz saydığınız əşyaya yiyələnmək, artan iştahınızı təmin etməyə çalışacaqsınız.
Buğa - Bu gün ən xırda təfərrüatlara və
detallara diqqət verin. Gəldiyiniz nəticələrdə dəqiq və səlis olun.
Bu gün başlayacağınız bir çox işlərdə uğur qazana bilərsiniz. Bir
şərtlə ki, məşğul olduğunuz işə maraq göstərəsiniz. Darıxdırıcı,
usandırıcı işlərlə məşğul olmayın. Diqqətiniz yayınmasın, səhvlərə
yol verməyin.
Şəxsi həyatda dəyişikliklər ola bilər. Son vaxtlar sizi
maraqlandıran suallara cavab alacaqsınız. Əvvəllər son qoyulmuş
bəzi münasibətlərin bərpası ehtimalı var. Sevdiyiniz adamla
mübahisə edibsinizsə, barışmaq çətin olmayacaq.
Əkizlər - İşdə və şəxsi həyatda yeni
münasibətlərə başlamaq üçün əlverişli gündür. İnsanlarla asanlıqla
dil tapmağa çalışın. Onların sizdən gizlədikləri, söyləmək
istəmədikləri məqamları təxminləməyə çalışın.
Aldadılmamaq üçün sərvaxt olun. İstənilən məlumatı və ya
informasiyanı çox təfərrüatlı, dəqiq şəkildə yoxlayın.
Ailə üzvləriniz, xüsusilə də kiçik yaşlılar bu gün sizə sürpriz edə
bilərlər. Yaxınlarınızın yanında özünüzü rahat hiss edirsiniz. Evdə
qarşılıqlı anlaşma və xoş niyyət var.
Xərçəng - Gün maraqlı olacaq. Yeni, cazibədar
işlə məşğul olmaq imkanı yaranacaq. Ətrafınızdakı insanların sizdə
olmadığını düşündükləri istedadlarınız üzə çıxacaq. İş yoldaşları,
tanışlar arasından bir nəfər sizə pis olmayan təkliflə yaxınlaşa
bilər. Qeyri-adi diqqət nişanələri, xoş sürprizlər ola bilər.
Sevdiyiniz insan varsa, sizi əla gün gözləyir. Onu sevindirmək üçün
hər şeyə hazırsınız. Bilin ki, o da hisslərinizi anlayır və
dəyərləndirir. Günün emosional fonu çox əlverişlidir.
Şir - Gün ağırdır, gərgindir və yaşanan
olaylardakı imkanlar artdıqca gərginlik də çoxalır.
Qabriel Qarsia Markesin "fənd"indən istifadə edin, ciddi
emosiyaları zəiflədin.
Əgər müəyyən şəxslə münasibətlərdə çətinlik yaranarsa,
tərəf-müqabili dinləyin. İn və Yanın arasındakı cığırı taparaq
qarşılıqlı münasibətlərin yeni xəttini çəkin.
Maliyyə məsələlərində xüsusilə ehtiyatlı olun. İmkan varsa, maliyyə
əməliyyatlarını təxirə salın, ya da etibarlı və bilikli, təcrübəli
insana üz tutun.
Qız - Yaxın ətrafınızdakı insanlar planlarınız
və ideyalarınızın hamısını dəstəkləməyəcəklər. Tələsməyin.
Emosionallığınız və çılğınlığınız bu gün münasibətlərin
harmoniyasını poza bilər.
Amma hadisələrin belə məcrası bəzi şərtlərin aydınlaşdırılması üçün
mühümdür.
İtki verə biləcəyiniz tədbirlərə qatılmayın.
Hadisələrə müdaxilə etməsəniz, gün yaxşı alınacaq.
Tərəzi - Bu gün sizin üçün mühüm dövrlərdən
biridir. Günəş və Plutonun tutduqları mövqelər bundan xəbər verir.
Mərhələ dəyişikliyi yaşanır. Önəmli işin birindən imtina edib,
başqasına başlayaraq sizin üçün ən əhəmiyyətli olanı seçin.
Təzyiq, narazılıq hissləri keçirəcəksiniz. Hansısa önəmli məqamı
nəzərdən qaçırdığınızı, yad ünsürlərin artmağa başladığını
duyacaqsınız.
Köhnəlmiş təmaslar və əlaqələrdən qurtulun. Xüsusilə də itirilmiş
illüziyalar və imkanlarla bağlı gözləntilərlə vidalaşın.
Alış-verişi axşama saxlayın, ya da sabaha təxirə salın.
Əqrəb - Bu gün qarşınızda çox yaxşı peşə
imkanları açılacaq. Tərəfdaşınıza və sizə sərfəli olan əməkdaşlıq
başlaya bilər. İşdə qərarlar asanlıqla verilir, dinamik
çalışırsınız. Yeni müttəfiqlər və tanışlar sizə xoş təsir
bağışlayır.
Fəqət xəyallar aləminə qapılmayın, illüziyaların izinə düşməyin.
Həyata real baxan insanların yanında olun.
Elektrik əşyaları və odla ehtiyatlı olun. Kiçik travmalar istisna
deyil.
Oxatan - Bu günün hadisələri müəyyən vasitə və
yollarla keçmişinizlə bağlı olacaq. Ona görə də maraqlandığız
suallara məhz həmin əlaqələrdə cavablar arayın.
Valideynlər və ailə üzvləriniz, qohumlarla anlaşılmazlıqlar
mümkündür.
Səbrli olun, təmkinli davranın.
Baş verənlərə sakit yanaşsanız, problemlərin həll yollarını
tapacaq, əmin-amanlığı bərpa edəcəksiniz.
Oğlaq - Bu gün işdə uğur qazanmağa və peşəkar
ambisiyalarınızı təmin etməyə çalışacaqsınız. İşinizə, əməyinizə
müsbət təmayüllərin təsiri az olmayacaq. İmicinizə xüsusi diqqət
yetirin.
Ətrafdakı insanlara bağışlayacağınız təsirdən çox şey asılıdır.
Bu gün mümkün qədər diqqətli olun, ətrafı sərrastlıqla müşahidə
edin. Məhz belə olarsa, şəxsi həyatınızda yaranmış situasiyanı
anlaya bilərsiniz.
Sizi çoxdan bəri narahat edən problemin həll yolunu tapa
biləcəksiniz.
Dolça - Bu gün istənilən işin, o cümlədən ən
çətin problemlərin öhdəsindən gələcəksiniz. Heç bir səddə və
maneəyə fikir vermədən məqsədinizə doğru irəliləyin.
Bədxahlar sizə mane olmağa çalışacaq, amma uğursuzluğa düçar
olacaqlar. Yeni işgüzar münasibətlərin yaradılması üçün əlverişli
gündür. İş yoldaşları və ya tərəfdaşlarla, şərik və dostlarla
əməkdaşlıq sərfəli ola bilər.
Şəxsi həyatda hər şey asan deyil. Fəqət situasiyaya fərqli
baxsanız, bütün problemlərin həll yolunu tapa bilərsiniz. Səfərə
çıxmaq, mühiti dəyişmək pis olmaz.
Balıqlar - Sizin üçün önəmli olan insanla
aranızdakı fikir ayrılıqlarına rəğmən, yaranmış anlaşılmazlığı bu
gün aradan qaldırmaq olar. Çalışdığınız insanlara ideyalarınızın
pis olmadığını, onların perspektivə hesablandığını başa salın.
Kəmhövsələ olmayın, tələsməyin.
Ümumi işlərdə yalnız özünüzü düşünməyin.
Gün mühüm məsələlərin həlli üçün əlverişlidir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR