Qoroskop
Astroloji proqnoz - 09 noyabr
Qoç - aşkar və qaçılmaz sandığınız qərarların
heç də hamısı doğru, vaxtında atılacaq addımlar deyil. Bunu əla
anlayırsınız, amma ətrafınızdakı adamlar razı deyil. Onların
fikirlərini dəyişmək üçün xeyli vaxt sərf etməli olacaqsınız.
Emosiyaların əsiri olsanız, rəqiblər sizi üstələyəcək.
Alış-veriş, gəzinti üçün yaxşı gündür. İnteryer və yaşayış yeri ilə
bağlı yeni ideyalar sizi tapacaq. Günün ikinci yarısı hədiyyələr
ala bilərsiniz.
Buğa - alış-veriş etmək istəyən insanlar üçün
uğurlu gündür. Aldığınız əşya işinizə yarayacaq və xərclədiyiniz
pula heyfislənməyəcəksiniz.
Yeni tanışlıqlar istisna deyil. Tanış olmaq istədiyiniz insanın
davranış və sözlərinə ciddi diqqət yetirin - aldana bilərsiniz.
Yeni işlərə ehtiyatla başlayın - axı onlar ilk baxışdan göründüyü
təki sadə deyil. Fəqət bu gün maraqlı işlər beyninizi məşq etdirmək
və yeni, böyük işə başlamaq üçün hazırlıq ola bilər.
Əkizlər - yaxın ətrafınızdakı insanlar üçün
faydalı işlər görsəniz də, özünüzü yaddan çıxarmayın. Münaqişələrin
aradan qaldırılması, anlaşılmazlıqların çözülməsi üçün uğurlu
gündür.
Bəzi adamların addım və qərarlarını bəyənməsəniz də, qıcıqlanmayın.
Sadəcə, həyatın qəribəliyi və insanların da müxtəlif olmaları
barədə düşünün.
Bu gün müttəfiq axtarışları üçün əlverişlidir. Nüfuzlu tanışlar və
etibarlı yardımçılar peyda ola bilər. Sizdən alınmış borcların bir
qismi qaytarıla bilər. Gəlirlər də istisna deyil. Kredit almaq üçün
müraciət etmək olar.
Xərçəng - bu gün hazır olmadığınız
dəyişikliklər, qəfil hadisələr olacaq. Lakin narahat olmayın və
təmkinli davranın. Səbrli olsanız, hər şey istədiyiniz kimi
olacaq.
Yeni layihələrə başlamağa tələsməyin. Əvəzində çoxdan başladığınız
işləri başa vurun, sonra isə bir qədər dincəlin. İfrat yük və
zəhmət zərərlidir.
Günün ikinci yarısı qonaq qəbul etmək üçün yaxşı vaxtdır. Mühüm
saydığınız məsələləri dostlarla müzakirə edin. Maraqlandığınız
məsələlərə gözlənilməz cavablar alacaqsınız. Alış-verişi şər
qarışana qədər edin.
Şir - bu gün işlər həddən ziyadə çoxdur və
onların arasında vurnuxursunuz. Amma şikayətlənməyin - bütün işləri
başa vurmalısınız. Özünüzə yardımçılar axtarın. Bütün işləri
təkbaşına görmək istəsəniz - heydən düşəcəksiniz.
Yeni ideyaları həyata keçirin, yaxşı düşünülmüş eksperimentləri
reallaşdırın və gün uğurlu olacaq.
Bu gün başlanacaq romantik münasibətlər parlaq, qeyri-adi olacaq.
Artıq romantik münasibətlər varsa, həmin təmaslarda yenilik olacaq.
Sevdiyiniz insanlarla səmimi olmaqdan utanmayın, istəkləriniz və
gözləntiləriniz barədə açıq danışın.
Qız - enerjili, qətiyyətli, inadkarsınız.
Sadalanan məziyyətləriniz bu gün sizi birmənalı olmayan
situasiyalar, işdə həmkarlarınızla münasibətlərdə problemlərlə
qarşılaşdıra bilər. Gələcəklə bağlı planlarınıza düzəlişlər etməyə
imkan verən yeni informasiyalarr alacaqsınız.
Günün ikinci yarısında əhvalınız dəyişəcək. Daha sakit olacaq,
aramla davranacaqsınız. İndiyədək sizə çox mühüm iş təsir
bağışlayan işlər arxa plana keçəcək. Gözlənilməz, amma xoş
təkliflərin alınması istisna olunmur.
Tərəzi - özünüzün və başqalarının
problemlərinin həlli üçün əlverişli gündür. Mühüm işlərlə ikinci
dərəcəli məsələləri qarışdırmayın, gərəkli məqamlara diqqət
yetirin. Fəaliyyətinizin effektiv olmasına çalışın.
Gəlir əldə edə bilərsiniz.
Mübarizə istəyi güclü olduğundan düşünülməmiş addımlar atmayın.
Lakin qətiyyətli mübarizəyə başlasanız, qələbə şansı az deyil.
Bununla bahəm, sizə yaxın insanların hissləri barədə düşünün.
Əqrəb - ailə-məşiət qayğıları, ev üçün
alış-veriş sizə problem yaratmayacaq.
Diqqətinizi ailə qayğılarına və evə yönəldir. Lakin ailə üzvləriniz
izafi xərclər tələb edə bilərlər. Valideynlər çox yəqin ki,
uşaqlarının təşəbbüslərinin xərcini çəkməli olacaqlar.
Baş verənləri faciə kimi qəbul etməyin. Sadəcə, yaxın adamlarınız
bu gün daha aktivdirlər.
Axşam saatlarında psixoloji problemlər yaşamağa cəhd göstərməyin.
Gün uzun olsa da, artıq başa çatmaq üzrədir.
Oxatan - ailə və məişət qayğıları bu gün
fikrinizi cəmləşdirməyə mane olacaq. Maliyyə imkanlarını
yaxşılaşdırmağa şərait yarandığı halda ailə problemləri və həll
olunmamış məsələlər sizin irəliləyiş sürətinizi aşağı salacaq.
Müalicə və işlə bağlı problemlər yarana bilər. Eyni zamanda, yaxın
adamla mübahisə də istisna deyil.
İş yoldaşınız, həkim, xidmət sahəsində çalışan adam sizə yaxşı
məsləhət verə bilər.
Oğlaq - bu gün sizin üçün həddən ziyadə
məhsuldar olacaq. Enerjili olmaqla yanaşı, məntiqlisiniz.
İstəmədiyiniz işi sizə gördürə bilməyəcəklər. Tapşırıq nə qədər
çətindirsə, onu bir o qədər şövqlə yerinə yetirmək
istəyirsiniz.
Yeni tanışlarınız sizdən razı qalacaqlar.
İnsanlar barədə tələsik qərar verməyin, onlara diqqətlə baxın. Yeni
münasibətlərin başlanması istisna deyil.
Lakin həmin münasibətlər istədiyiniz məcrada və formada inkişaf etməyəcək.
Dolça - kiçik problemlər və ətrafdakı
insanlarla müəyyən anlaşılmazlıqlara rəğmən sakit olun, kefinizi
pozmayın. Bədxahlar sizə ziyan vura bilməyəcəklərini anlasalar da,
niyyətlərindən əl çəkmirlər. İş yerində vəziyyət pis olmayacaq.
Yeni dostlar tapmağınız istisna olunmur.
Dostlar, yaxın insanlar, ailə üzvləri ilə səmimi ünsiyyət üçün
əlverişli gündür. Ətrafdakı insanları anlamağa, onların istəklərini
başa düşməyə çalışın. Şəxsi həyatınızla bağlı ciddi qərarlar qəbul
edə bilərsiniz.
Balıqlar - bu gün yarana biləcək istənilən
mürəkkəb situasiyalardan mütləq çıxış yolu tapacaqsınız. Əsla
gözləmədiyiniz köməkçi və yardımçılar qəflətən peyda ola bilər.
Planlaşdırılmamış gəlirlər də mümkündür. İş yerinin dəyişdirilməsi
ilə bağlı təklif ala bilərsiniz.
Yaxınlarınız və ailə üzvlərinizlə münasibətləriniz harmonik,
rəvandır, asanlıqla güzəştə gedirsiniz. Romantiki görüş yaxşı
keçəcək, xeyli təəssürat alacaqsınız. Sevimli insana xoş sürpriz
etmək üçün əlverişli gündür.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı