46 illik yalanın üstü açıldı - NASA-dan ŞOK ETİRAF
Bizi izləyin

Qoroskop

46 illik yalanın üstü açıldı - NASA-dan ŞOK ETİRAF

Yer planetinin peyki Aya insanın ilk dəfə ayaq basdığı görüntülərinin yer aldığı qeydlərin Amerika Milli Kosmik Agentliyi (NASA) tərəfindən silindiyi təsdiqlənib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu, sözügedən hadisə ilə bağlı mübahisələri yenidən alovlandıracaq.

Qeyd edək ki, amerikalı astronavt Nil Armstronq 1969-cu il iyulun 20-də “Apollo-11” kosmik gəmisi ilə Ayın üzərinə enən ilk insan olub. Amerikanın bu uğuru həmin vaxt “soyuq müharibə” apardığı SSRİ-yə gözdağı idi. Ancaq bu hadisədən sonra yayılan görüntülərin saxta olduğuna dair çoxlu söz-söhbətlər ortaya çıxdı.

NASA-nın orijinal görüntüləri mətbuatla paylaşmaqdan çəkinməsi isə şübhələri daha da artırırdı. NASA-nın səlahiyyətliləri tərəfindən bu gün verilən açıqlamada 1969-cu ildə Nil Armstronqun Aya endiyi vaxt çəkildiyi görüntülərin silindiyi bildirilib. Bu hadisənin 2006-cı ildə baş verdiyi deyilir. Orijinal görüntülərin silinməsi barədə açıqlama isə “Aya onsuz da getmədilər” iddiasını daha da gücləndirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm