Qoroskop
Səbuhi Rəhimlidən aprelin 19-na olan astroloji proqnoz
QOÇ - Bürcünüzün ixtiyarında olan bu təqvim uğurlu keçəcək. Odur ki, boş yerə vaxt itirməyin. Nahar ərəfəsində perspektivli sövdələşmələrdə iştirakınız gözlənilir. Uzaq yola çıxmayın.
BUĞA - Tez-tez ünsiyyətdə olduğunuz insanlarla xırda mübahisələriniz mümkündür. Lakin Göy qübbəsi belə cəfəngiyyata vaxt sərf etməyinizi məsləhət görmür. Kənar müdaxilələrə aludə olmayın.
ƏKİZLƏR - Göy qübbəsi insanlara qarşı soyuqqanlı olmağınızdan şikayətlənir. Bacardığınız qədər təmkinli olun. Əsəblərinizi qoruyun ki, ürəyinizdəki çoxsaylı arzularınız reallaşsın.
XƏRÇƏNG - Səfərə çıxmaq üçün uğurlu gündür. Büdcəniz imkan verdiyi təqdirdə bu şansı əldən verməyin. Bu təqvimdə darıxdığınız adamlarla rastlaşacaqsınız. Şəxsi işlərinizdə dönüş də mümkündür.
ŞİR - Ümumi məziyyətlərinə görə gərgin təqvimdir. Lakin iradəniz hesabına bu xoşagəlməzlikləri dəf edə bilərsiniz. Xüsusən də nahardan sonra əsəblərinizi dəmir çərçivəyə salmalısınız.
QIZ - Bu gözəl gündə öhdəliklərinizi başa çatdırmağa tələsin. Çünki axşama yaxın səfərə çıxmaq və ya qonaq getmək üçün şansınız var. Təzə xəbərlər də mümkündür. Mübahisələrdən yayının.
TƏRƏZİ - Son vaxtlar riskli hərəkətlərə tez-tez yol verirsiniz. Hər halda, ehtiyatlı olun. Zamanla ayaqlaşmağa çalışın. Günün ikinci yarısında maraqlı insanlarla rastlaşacağınız gözlənilir.
ƏQRƏB - Sevindirici xəbərlər yolunuzu gözləyir. Gün ərzində ovqatınız tamamilə yüksək olacaq. Hətta nahardan sonra yeni təkliflər alma ehtimalınız da var. Daxili orqanlarınıza isə fikir verin.
OXATAN - Ulduzların düzümü yeni təkliflər alacağınızı bəyan etsə də, tələsməməyi məsləhət görür. Çünki təmkindən doğmayan qərarlarınız uğursuz ola bilər. Uzaq dəvətləri təxirə salın.
OĞLAQ - Çətin məqamlarınız ötməkdədir. Bunu sürətləndirmək üçün etibar etdiyiniz hər kəsdən məsləhət almağa tələsin. Ulduzlar maddi durumunuzu dirçəltməyə çalışacaq. Axşama doğru müqəddəs məkanlara gedin.
SUTÖKƏN - Günün birinci yarısı hər cür sövdələşmə və müzakirələr üçün passiv vaxtdır. Odur ki, adi işlərlə məşğul olub səhhətinizə fikir verməlisiniz. Saat 15-dən sonra isə müəyyən uğurlar mümkündür.
BALIQLAR - Kimdənsə nəsə gözləmək indiki ağır vaxtda xəyaldan başqa bir şey deyil. Tənbəlliyin daşını atın. Artıq aktivləşmə məqamıdır. Saat 16-dan 19-a qədər bütün potensialınızı işə salın.
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO