• USD 1,7000 0,00% EUR 2,0083 +0,11%
    • GBP 2,2201 +0,07% RUB 0,0233 +0,86%

Astroloji proqnoz - 7 aprel

  • Qoroskop
  • 7 Aprel 2017 00:03
  • 2 691 Baxış
Astroloji proqnoz - 7 aprel

Qoç - yeni yer tutmaq, məqsədə çatmaq üçün öz yolunuzu seçmək vaxtıdır. Dostlar və yaxınlarla ümumi probemlər yaxınlaşmaq üçün güclü amilə çevriləcək.

Buğa - bu gün xırda təpələrin arxasında dağ görünəcək. Ümumi mühit gərgin olacaq, spontan münaqişələr yaranacaq, ətrafınızdakı insanlar reaksiyalarına xəsislik etməyəcəklər.

Əkizlər - hisslər və emosiyalar müstəvisində dağınıqlıq müşahidə olunacaq. Başqaları ilə yanaşı, özünüzü də çətinliklə anlayacaqsınız. Mühüm iş və ya tədbir varsa, kreativlik çılğınlığı mümkündür.

Xərçəng - poçt qutularınızı yoxlayın, sizi maraqlandıran təmaslarda aktivləşin. Bir neçə yerə baş çəkin, iş yoldaşları və tərəfdaşlarla perspektivləri müzakirə edin.
Birgə iş üçün aktiv gündür.

Şir - yaxın ətrafınızdakı insanları yeniliklərin qaçılmazlığına inandırmaq istəyirsinizsə, arqumentləriniz və sübutlarınız maraqlı olmalıdır. Şəxsi həyatda dəyişikliklər ola bilər. Dəyərli təəssüratlar üçün uzağa yollanmağa ehtiyac yoxdur - hər şey yaxınlıqdadır.

Qız - maraqlı hadisələrin axarına düşəcək, ilham hissini duyacaq, yeni imkanlardan şövq alacaqsınız. Maraqlarınız və gözləntiləriniz indi yaxında olmayan nəsnə ilə bağlıdır.

Tərəzi - diqqətli və sayıq olun. Ay və Oxatanın münasibətləri intellektual məşğuliyyətlə yanaşı, fiziki işlər üçün də əlverişlidir. Axşam saatlarında apatik, ətalətli istirahəti seçməyin. Aktiv olun.

Əqrəb - lakin başladığınız hər işi tamamlayın. Yaxın ətrafınızdakı insanlar sizi yeni əməllərə, cari işdə yeni ideyaların axtarışına təşviq edə bilərlər. Lakin planlarınızın reallaşmasında müttəfiq sizdən uzaqdakı insan olacaq.

Oxatan - bütün "cəbhə"lərdə işləri başa vurmağa çalışsanız, səhhətiniz zərbə ala bilər. Maraqlar dairəsini məhdud dairədəki işlər və tapşırıqlarla müəyyənləşdirin.

Oğlaq - batininizdəki enerjini çölə çıxarsanız, daha aktiv fəaliyyət alınar. Hissiyatınıza güvənin - o, sizə doğru yol göstərəcəək. Problemləri həll edin, işlərdə zəif "bənd"i tapın.

Dolça - yaradıcı, maraqlı ideyası olan insanlar üçün əlverişli gündür. Təbiilik, fərqlilik, spontanlıq sizi maraqlandıran tədbirə gərəkli həlqələr olacaq. Siz və həmfikirləriniz uğur əldə edə bilərsiniz.

Balıqlar - komanda işi, kollektiv fəaliyyət, iclas, toplantı, müsabiqə və yarış üçün əlverişli gündür. Enerjiniz ağır iş, səfər, dövlət qurumlarına baş çəkmək üçün yetərilir.

milli.az

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR