Qoroskop
Astroloji proqnoz - 3 sentyabr
Qoç - Uğurlu gündür. Hadisələrin normal axarı
sizə bəyəndiyiniz işi seçməyə imkan verir. Qətiyyət və iradə ilə
çalışsanız, sürətli irəliləyişə nail ola bilərsiniz.
Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın.
Romantikaya qapılaraq düşünülməmiş addım atmayın. Dəyər verdiyiniz
insanlarla münasibətlərinizi korlamayın.
İnadkarlıq etməyin, münaqişə və ya mübahisə üçün səbəb
aramayın.
Buğa - Bütün mühüm işləri günün ikinci yarısına
planlaşdırın. Günün ilk yarısı danışıqlar, toplantılar, tələsik
işlərlə zəngin olacaq.
Ötən həftədən qalmış işi başa vurun.
Günün ikinci yarısında mühüm məsələ ilə bağlı danışıqlarda və ya
həmsöhbətlə müzakirələrdə emosional amili nəzərə alın.
Axşam saatları qohumlarla ünsiyyət, ailə tədbirləri, alış-veriş
üçün uğurludur.
Səmimi və həssas olun, təmkinli və səbrli davranın. Simiclik
etməyin.
Əkizlər - Sürətli, qətiyyətli olun. Məqsədə
doğru aparan yolda qarşınıza çıxan maneələrdən çəkinməyin.
Uzun-uzadı müzakirələr və illüziyalara qapılmaq sizə yalnız zərər
verə bilər.
Sağlam məntiqi unutmayın.
Günün ikinci yarısında təmkinli, səbrli davranın. Hisslər və
emosiyalar burulğanına düşməyin.
Planları aramla, eyni zamanda iradə ilə reallaşdırın. Dostlar və
qohumlarla münasibətdə harmoniyaya riayət edin.
Xərçəng - Oyun qaydaları sizi təmin etmirsə,
onları dəyişməyə çalışın. Gəlir və mənfəət verməyən işlərdən imtina
edin.
Sizinlə əlaqə saxlayan insandan yeni iş, layihə və ya sifariş ala
bilərsiniz. Şəxsi maraqlar müstəvisindəki dəyişiklikləri sayıqlıqla
izləyin. Planlarınızı gerçəkləşdirmək üçün ifrat aktivlik
məhdudiyyətlər, maraqlı şəxslərin müqaviməti ilə
qarşılaşacaqsınız.
Sakit, təmkinli, çevik olun, planı reallaşdırmaq üçün əlverişli
zaman və məkanı, uyğun şəraiti müəyyənləşdirin.
Axşam saatlarında dincəlin. Açıq havada gəzinti, sevimli işlə
məşğul olmaqda fayda var.
Şir - Yaxın gələcəklə bağlı planlarınızda
zəruri dəqiqləşdirmələr aparın. Peşəkar fəaliyyət müstəvisində
irəliləyişi prioritet sayın. Karyera çox önəmli məsələdir. İşdə
rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirin, laqeyd və
soyuqqanlı olmayın.
Günün ikinci yarısında peşə məziyyətlərinizi keyfiyyətcə yeni
səviyyəyə qaldırın. Bunun üçün daha aktiv olun, səlahiyyətlərinizi
genişləndirin. Maaş artımını tələb edə bilərsiniz.
Axşam saatlarını aiənizə həsr edin. Sevdiyiniz insanın maraqlarını
qulaqardına vurmayın.
Qız - Yetərincə məhsuldar və uğurlu gündür.
Qarşınıza konkret məqsədlər qoyubsunuzsa, onları reallaşdırmaq üçün
maksimum səy göstərin. Mühüm və məsuliyyəti qərar qəbul etməkdən
qorxmayın. Həmin qərar bundan sonrakı yaşamınıza təsir edəcək.
Günün ikinci yarısında çətin qərarlar vermək zərurəti ilə
üzləşəcəksiniz. Müəyyən qurbanlar olmadan irəliləyiş olmaz. Dəyər
verdiyiniz insanlarla daha çox vaxt keçirin.
Səmimi, qayğıkeş olun.
Tərəzi - Xarizmatik, aktiv və müdrik insanla
çalışsanız, məqsədə daha sürətlə çatacaqsınız. Həmkarlar,
həmfikirlərlə işləmək məsləhətdir. Radikal layihə və ya
ekstravaqant ideyaların reallaşması üçün yaxşı zaman deyil.
Günün ikinci yarısında başqalarının uğurlarına paxıllıq etməyin.
Əksinə, rəqiblərin nailiyyətlərini öz nöqsanlarınızdan,
apatiyanızdan qurtulmaq üçün əlavə stimul qismində qəbul edin.
Çətin vəziyyətdə, birmənalı olmayan situasiyada yaxınınız sizə
yardım edəcək. Onun məsləhətlərini dinləyin, yardımlarından imtina
etməyin.
Əqrəb - Günün ilk yarısında karyera ilə bağlı
məsələlər ön plana çıxacaq. İşdə rəhbərliklə münaqişə etməyin.
Bilik və bacarıqlarınızı nümayiş etdirin. Təcrübənizdən yararlanın.
Emosiyalara qapılmayın, düşünülməmiş addımlar atmayın.
Günün ikinci yarısında təcrübəli insanla birgə fəaliyyət əlavə
impuls rolunu oynaya bilər. Fəaliyyətinizlə bağlı köhnə metodları
yeniləyin. İnnovasiyalardan qorxmayın.
Bəzi problemlərin həllində nəticələr sizi çəkindirə bilər.
Etibar etdiyiniz insanla axşam saatlarında bir sıra məsələləri
müzakirə etmək olar.
Oxatan - Birmənalı olmayan gündür. Yaxşı
xəbərlərlə yanaşı, əsəblərinizi gərə biləcək məlumatlar da ala
bilərsiniz. İndinin hadisələri ötənlərdə yaşanmışlarla sıx
bağlıdır. Bir qədər əvvəl çəkdiyiniz zəhmət məntiqi nəticəsini
verəcək.
Unudulmaqda olan münasibətlərdən biri günün ikinci yarısında
spontan şəkildə bərpa oluna bilər. Sizi çoxdan bəri narahat edən
suallara cavab arayın.
Axşam saatlarını ailənizə sərf edin. Bunu dəyərləndirəcəklər.
Oğlaq - Karyeranızı düşünürsünüzsə, inkişaf
etmək və daha çox qazanmaqla bağlı planlar hazırlayırsınızsa,
peşəkar fəaliyyət müstəvisindəki problemləri həll edin. İşdə
rəhbərlik təkliflərinizi dinləmək istəməyəcək. Maaş artımının
zərurəti barədə ümumiyyətlə, danışmayın.
Günün ikinci yarısında aktual problemləri etibar etdiyiniz
insanlarla müzakirə edin. Təklif və iradlarınızı aşkar şəkildə
bildirin. Yeni işə başlamağa tələsməyin. Məişət problemlərinizi
ailə üzvləri ilə həll etməyiniz məsləhətdir.
İradlarınızı və tənqidizi səmimi, etik şəkildə bildirin.
Dolça - Günün ilk yarısından ən çətin
problemləri izafi zəhmət çəkmədən həll edə biləcəksiniz. Aktiv
olun, rəqiblərin sizi üstələməsinə, geridə qoymasına imkan
verməyin. Məqsədə doğru aparan yolda çeşidli problemlər yarana
bilər.
Günün ikinci yarısında bütün planları realaşdırmaq mümkün deyil.
Yeni, maraqlı irsanlarla tanış olacaqsınız. Onların maraqları,
istəkləri və planlarından agah olun. Axşam saatları romantik görüş
və ya etiraf üçün əlverişlidir.
Balıqlar - Ailə işləri və evlə bağlı qayğıları
çözməyə başlayın. Ailə üzvlərinin tələblərini, istəklərini nəzərə
alın.
Yaxın gələcəklə bağlı planları müzakirə edin, mümkün perspektivləri
nəzərdən keçirin. Yaşam arealınızda nizam və qayda yaradın.
Səfər və ya dar çərçivədə görüş əsnasında gözlənilməz, xoş tanışlıq
mümkündür. Planlar dəyişir, istəklər artır. Aktiv olun, emosional
problemlərinizi həll edin.
Ehtiyatlı və sayıq davranın. Çətin situasiyada güzəştə getməyi
bacarın.
Gəlişigözəl sözlərə və vədlərə inanmayın.
milli.az
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?