Qoroskop
Astroloji proqnoz - 5 iyun
Qoç - gün ərzində bütün işlər ciddi səy,
maneələrin dəf olunmasını, diqqətli davranışı tələb edəcək.
İnformasiya azlığı, iş yoldaşlarınızın ətalət və astagəlliyi
fəaliyyət ritmini aşağı salacaq. Lakin Ay və Əkizlər bir müddət
sonra vəziyyəti dəyişəcək.
Problemləri həll etmək imkanı yaranacaq, situasiya sürətlənəcək,
gözlənilən məlumat gələcək.
Yeni əməkdaşlıq formaları, faydalı məlumat axtarışı, çıxış və
mühaizə hazırlamaq, bilikləri artırmaq, məqalə hazırlamaq, can
atdığınız işi həll etmək üçün uğurlu gündür.
Şəxsi münasibətlərdə söhbətlərin xüsusi önəmi olacaq.
Tərəf müqabilinizi etirafla sevindirin, ümumi planları müzakirə
edin.
Buğa - günün ilk yarısında əsas işləri tamamlağa
çalışın, çünki sonrakı saatların effektivlik səviyyəsi çox aşağı
olacaq. Əks cinsin mənsubunun yardımına bel bağlamayın. Hissiyat və
məntiqi işə salın.
Əvvəl başladığınız işi bu gün tamamlayın. Yeni işlərə başlamaq,
danışıqlar aparmaq, sənədləşdirmə ilə məşğul olmaq üçün əlverişli
vaxt deyil.
Fiziki iş məsləhətdir.
Şəxsi münasibətlərdə hər şey yaxşı olacaq. İfrat tələbkarlıq
etməsəniz, ciddi yeniliyə nail olmağa çalğışmasanız, yaxınlarınızla
təmaslar yaxşı, qarşılıqlı anlaşma isə istədiyiniz səviyyədə
olacaq.
Axşam saatlarına yaxın məhsuldarlıq artacaq. Alış-veriş üçün uğurlu
gündür.
Əkizlər - Günəş, Merkuri və Neptun arasındakı
münasibətlər sizə hamilik edəcək, təşəbbüs və istəklərinizi nəzərə
alacaq. Qüvvə, güc artımı hiss edir, daha cəsarətli və inadkar
olduğunuzu duyursunuz.
Rəqiblərinizə göz açmağa imkan verməyin, onları üstələyin, xəbis
xislətli insanları qabaqlayın. Əgər nəyəsə nail ola bilmirsinizsə,
geri çəkilməyin.
Bilmədiyinizi öyrənin və kimsəyə imkan verməyin ki, sizi qorxaq,
müti, sakit və başıaşağı, üzüyola adam saysın.
Məqsədə çatmaq üçün bazis və şərait yaradın. Yeni plan və işinizə
qatmaq istədiyiniz insana məramınızı danışın.
Sizdən uzaqda olan insanlarla təmas, yazışmaların bərpası üçün
əlverişli gündür.
Dostlarla görüş, təmaslar, alış-veriş də günə rövnəq verə biləcək
məqamlardır.
Xərçəng - ətalət və tənbəlliyə qalib gəlin,
görüləsi işləri sabaha saxlamayın. Səhər saatlarında fəaliyyətinizi
tənzimləyin, işlərdə, sənədlərdə, yazılarda qayda yaradın, evi və
işlədiyiniz yeri nizama salın.
Gecikməməyə, sərfəli şansı əldən verməməyə çalışın. İnformasiya və
xəbər axını artacaq. Danışıqlar aparmalı, kimisə dilə tutmalı,
münaqişəni həll etməli olacaqsınız. Yeni işlər, səfər, gəzinti,
mühüm görüş barədə düşünün.
Çalışdığınız yerin görkəmini bir qədər dəyişmək olar.
Bu gün məmur təzyiqinə məruz qala bilərsiniz. Rüşvət verməyin, geri
çəkilməyin, haqqınızı tələb edin və bu tələbin reallaşması üçün
qanun çərçivəsində hər şeyi edin.
Axşam saatlarını özünüzə və sevdiyiniz insana ayırın.
Şir - yaxın gələcəyin strategiyasını
müəyyənləşdirin. Bunun üçünsə işdə rəhbərliklə danışaraq konkret
məsələni həll etmək, hansısa mövzunu bağlamaq, işi başa vurmaq
gərəkdir. Problemi nə qədər tez və effektiv həll etsəniz, yeni
məqsədlərə çatmaq üçün bir o qədər geniş imkanlar yaranacaq.
Evdə gərəksiz əşyalardan qurtulun. Günün ikinci yarısı yüksək
məhsuldarlıq dövrüdür. Yeni ideyalar, iş üçün enerji yaranacaq.
Əgər nə iləsə aktiv şəkildə maraqlanırsınızsa, sonrakı fəaliyyət
üçün müstəvi hazırlayın, məqamı fərqli yönlərdən çözməyə
çalışın.
Qız - ötən günlərdə yerinə yetirə bilmədiyiniz
vədləri yada salın və görülməmiş, ya da yarımçıq qalmış işləri
bitirin. Aktual məsələlər və öz marqlarınızın təminatına daha çox
diqqət ayırın.
İnformasiya ilə işləmə, təcrübə mübadiləsi etmək, öyrənmək və
təcrübəni artırmaq olar.
Bəxtin üzünüzə güləcəyi məqamı gözləməyin, məqsədə çatmaq üçün
gərəkli hər şeyi edin. Bu gün səs-küy, narahatlıq, qarğaşa ola
bilər. Lakin paradoks yaşanacaq - bütün bunlar çətin işi
asanlaşdıracaq.
Küsülü olduğunuz insanla barışın, köhnə münaqişənin gərginliyini
aradan qaldırın, köhnə haqq-hesabları unudun.
Tərəzi - həyat daha maraqlı olur, imkanlar sanki
boş yerdə, heç nədən yaranır. Sərf etdiyiniz əməyin həcmi və
miqyası ilə nəticələr arasında məcburi korrelyasiya yoxdur.
Bəzi işlər aktiv müdaxilə olmadan çözülür. Lakin situasiyanı sizə
lazım olan anda dəyişin, müdaxilələr edin. Bu və digər formada sizə
gərəkli ola biləcək insanlarla sıx əlaqələr qurun.
Enerjinizin çox olmasından yararlanın, əməyinizin bəhrəsindən həzz
alın, sevdiyiniz insanı sevindirin.
Əqrəb - təəssürat və xəbərlərin sürətlə
yenilənməsinə rəğmən gün sizi sevindirəcək. Maliyyə məsələlərində
çoxdan bəri sizi narahat edən məqam həllini tapacaq. Maddi
ünsürlərdə yaxşı perspektivlər var.
Ailədə mühüm müzakirə ola bilər. Yeni imkanlar və planların aktiv
şəkildə artması səbəbindən adət etdiyiniz intizam bir qədər pozula
bilər.
Evdəkilərdən xahiş edin ki, bəzi qayğıların öhdəsindən onlar
gəlsinlər, hər şeyi sizə həvalə etməsinlər.
Axşam saatlarında zahiri passivliyə rəğmən, imkan düşən kimi mühüm
məsələni həll edəcəksiniz.
Diqqət izharı, maraqlı xəbər gözləyin.
Oxatan - gün sakit başlanacaq. Ciddi heç nə
etməyərək yığılıb qalmış işləri başa vurmaq, sorğulara cavab vermək
olar. Güc və qüvvənizi opponentlərə nəyinsə başa salınmasına sərf
etməyin. Bu işi sabaha saxlayın.
Praktiki işlərə, düzən yaradılmasına, birbaşa və ya dolayı gəlirlə
mənfəət vəd verən işlərə maksimum diqqət ayırın.
Məhdud çevrədə görüş, ailə müzakirələri, yaxınlar və qohumlardan
birinə yardım üçün əlverişli gündür.
Axşam saatlarına yaxın əhvalınız dəyişəcək. Çoxsaylı yeni planlar
peyda olacaq, onlar bir-birlərini üstələyəcək. Görüş təyin etmək,
ünsiyyətdə olmaq, yeni insanlarla tanış olmaq mümkündür.
Sizi aldatmağa çalışacaqlar. Eşitdiyiniz hər şeyə inanmayın.
Oğlaq - əhvalınız sakit, işgüzar olacaq. Əsas
fəaliyyət istiqamətindən yayınmayın. Sürprizlər özləri sizi
tapacaq. Gözlənilməz tapşırıq, yeni fəaliyyət istiqamətinin təhlili
mümkündür.
Ay və Əkizlər arasındakı münasibətlər spontan hadisələr ehtimalını
artırır. Evə qonaq və ya yeni xəbərlərlə dostlar gələ bilərlər.
Poçtu yoxlayın, yeniliklərə ehtiyac duyursunuzsa, yazışın.
Hadisələri bir qədər tələsdirin.
Günün ikinci yarısı bir qədər piyada gəzin.
Yolda və nəqliyyatda ehtiyatlı olun.
Dolça - yarımçıq qalan, daha maraqlı planların
reallaşdırılmasına mane olan işi başa vurun. Alınan xəbərləri
qaydaya salın, iş yerinizdə nizam yaradın, daha rahat şərait qurun.
Bu, sabahkı günə daha uğurlu başlamağa imkan verər.
Danışıqlar, toplantı, müzakirələr, görüş üçün əlverişli
vaxtdır.
Günün ikinci yarısı informasiya daşıyıcıları, elektronika, məişət
texnikası almaq üçün əlverişlidir.
Axşam saatları görüş, dostlarla ünsiyyət, yazışma üçün
yaxşıdır.
Balıqlar - bu gün kimsənin sizə təzyiq
göstərməsinə imkan verməyin. Rahat olun, ciddi işlə məşğul olun.
Günün tələblərini və yaşamın şərtlərini nəzərə alaraq çalışın.
Təcili olmayan işlərə diqqət yetirə bilərsiniz. Lakin istədiyiniz,
maraqlandığınız işə vaxt ayırmaq, görüş təşkil etmək də olar. Xoş
ünsiyyət, xəbər və planların mübadiləsi də pis olmazdı. Sizdən indi
daha çox aktivlik gözləsələr də, öz işlərinizlə məşğul olun,
planlarınızı reallaşdırın.
Ailə işləri və qayğıları gün ərzində ön planda olacaq.
Praktik olun, ayaqda möhkəm durun. Geri çəkilməyin, əyilməyin.
Kiməsə mühüm xəbəri çatdırmaq, ailədəki problemi müzakirə etmək
üçün axşam saatları əlverişlidir.
Onlayn alış etmək olar.
Milli.Az
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu