Qoroskop
Astroloji proqnoz - 13 iyun
Qoç - Gün ümumən uğurlu olsa da, kiçik
problemlər, anlaşılmazlıqlar və uğursuz təsadüflər əhvalınızı
korlaya bilər. Nikbin olun, ruhdan düşməyin. Çətinliklər
müvəqqətidir. İşsiz oturmayın, çalışın.
Maraqlandığınız işlə məşğul olun, real hədəfə çatmağa can atın.
Ətalətli və tənbəl olmayın.
Passivlik səhhətinizə pis təsir edə bilər.
Əks cins mənsubu ilə fikir ayrılığı istisna deyil. Yaxın
ətrafınızdakı insanlardan biri sizə təzyiq göstərməyə, mövqeyi ilə
zorla razılaşdırmağa çalışır. Məsləhətlər verməyin. Yanınızdakı
insanlar məsləhət dinləmək istəmirlər.
Axşam saatlarında istirahət edin.
Buğa - Aktiv çalışmaq üçün əlverişli gündür.
Mənzil və ya ev almaq, kirayəyə götürmək fikriniz varsa, işi təxirə
salmayın. Amma ilkin danışıqlarda sayıq olun. Maliyyə məsələlərində
sadəlövhlük etməyin.
Etibarlı tərəfdaş və ya inandığınız insanla məsləhətləşin.
Səyahətə və ya səfərə yollanmaq, gərəkli əşyanı almaq olar.
Bütün addım və qərarlarınızda soyuqqanlı olun, məntiq
çərçivəsində hərəkət edin
Yaxın ətrafınızdakı insanlar sizi soyuq, laqeyd, qaraqabaq insan
saysalar da, eyb etməz.
Axşam saatlarında yaşam tempini bir qədər aşağı salın.
Əkizlər - Uğurlu gün olmayacaq. Lakin günün
ikinci yarısına yaxın əlverişli imkanlar yaranacaq. Qarşınıza
qoyduğunuz məqsədə çatmaq üçün şansdan yararlanın. Planları həyata
keçirin və ya nüfuzlu insanı işinizlə maraqlandırın.
Səhhətinizə fikir verin. Qəza və ya travma riski var.
Günün ikinci yarısında aktiv olun, kiçik problemlər sizi
qorxutmasın.
Məişət texnikasının sıradan çıxma təhlükəsi realdır. Kiçik, amma
dəyərli əşyanı itirə bilərsiniz.
Xərçəng - Sadə gün deyil. Yeni işlərə başlamaq,
layihəyə start vermək, müttəfiqlər axtarmaq üçün düşərli zaman
deyil. Aktiv çalışın, uzun-uzadı istirahət etməyin.
İmiclə eksperimentlər etməyin. Allergik reaksiya riski var.
Əks cins mənsubu ilə ixtilaf yarana bilər. Alış-verişdə
bədxərcliyə qapılmayın.
Axşam saatlarında kiçik səfərə, təbiət qoynuna yollanmaq olar.
Şir - Günün ilk yarısında əlverişsiz emosional
fon var. Əhvalınız dəyişəcək. Yaxın ətrafınızdakı insanlarla dil
tapmaq çətinləşir, fikirlərinizdəki qarışıqlığı aradan qaldırmaq
müşkül məsələyə çevrilir.
Kiçik problemlər istisna deyil. Situasiyada ruhdan düşməyin,
irəliyə doğru hərəkət edin.
Günün ikinci yarısı daha uğurludur. Yeni işlərə şövq və həvəslə
başlasanız, tezliklə uğura nail ola bilərsiniz.
Axşam saatlarında dəvət aldığınız tədbirə qatılın. Dost məclisində
və ya tədbirdə özünüzü əla hiss edəcəksiniz.
Qız - Günün ilk yarısı bilik, bacarıq və təcrübənin artırılması, yeni informasiya alınması, faydalı təcrübənin əxz olunması üçün əlverişlidir.
İntellektual potensialınız yüksəkdir. Ciddi problemləri həll
etməyə, çətin suallara cavab aramağa çalışın.
Yaxın ətrafınızda olan insanlardan biri çətin vəziyyətə düşəndə
məsləhət üçün sizə müraciət edəcək.
Günün ikinci yarısı diqqət, səliqə və konsentrasiya tələb edən
işlər üçün yaxşıdır.
Hesablamalar aparmaq, büdcəni planlaşdırmaq, maliyyə məsələlərini
çözməklə məşğul ola bilərsiniz.
Tərəzi - Bütün məqsədlər əlçatan təsir
bağışlayır. Fəqət qüvvə və potensialınızı olduğundan artıq
saymayın, çətin işləri təkbaşına həll etməyə çalışmayın. Yaxın
ətrafınızdakı insanın təklif etdiyi yardımdan boyun qaçırmayın.
Birgə iş və əməkdaşlıq daha effektivdir.
Sevdiyiniz insanla məşğul olduğunuz istənilən iş, münasibətləri
möhkəmləndirəcək.
Günün ikinci yarısında xurafat qurbanı olaraq ciddi səhvə yol
verməyin.
Yaxın ətrafınızdakı insanların məsləhətlərinə qulaq asmaq əvəzinə
öz intuisiyanıza güvənin. Yaxınlarınızın xoşuna gəlməyəcək
addımların atılması ehtimalı var.
Əqrəb - Gün ərzində yaşanan xoşagəlməz
hadisələri soyuqqanlılıqla qarşılayın, stoik olun. Təmkin və səbr
sayəsində çətin situasiyalardan çıxış yolu tapmaqla yanaşı, bunu
bacara bilməyən insanlara da yardım edəcəksiniz.
Dostların və yaxınların məsləhətinə qulaq asın.
Xərclər olacaq və onların bəziləri məntiqi deyil.
İnsanlara həddən ziyadə inanmayın, işgüzar təmaslarda sayıq
olun.
Alış-veriş məsləhət deyil.
Axşam saatlarında normal istirahət edin.
Oxatan - Günün ilk yarısı aktiv fəaliyyət, ruh
yüksəkliyi və yeni ideyaların peyda olduğu zamandır. Dərhal uğur
əldə edəcəyinizi düşünməyin. Lakin bu vaxt gördüyünüz işlərdə fayda
var. Küsənləri barışdırın.
Ailədəki problemlərə vaxtında fikir versəniz, onları çözə
bilərsiniz.
Alış-verişdə simiclik etməyin.
Günün ikinci yarısında yaşam tonusu səviyyəsi aşağı düşəcək.
Səhhətinizə fikir verin. Xroniki ağrıların kəskinləşməsi istisna
deyil. Axşam saatlarına dost məclisi və ya romantik görüş təyin
etməyin.
Təkbaşına qalanda, tənha dəqiqələr yaşayanda özünüzü daha yaxşı hiss edəcəksiniz.
Oğlaq - Gün ciddi problemlər vəd etməsə də,
kiçik anlaşılmazlıqlar olacaq. Müşküllərə sakit yanaşın. Vaxtında
qəbul edilmiş səhih qərar hər şeyi yoluna qoymağınıza imkan
verəcək. Yaşlı qohumlarla fikir ayrılıqları, pula görə mübahisələr
istisna deyil.
Yaxınlarınızla maliyyə məsələlərini müzakirə etmək istəməsəniz də,
indi belə proses qaçılmazdır.
Günün ikinci yarısı çətin məsələlərin həlli üçün əlverişli
zamandır. Enerjili və qətiyyətli olun.
Seçdiyiniz yolla getməyə sizə kimsə mane ola bilməyəcək. Nüfuzlu
şəxsdən dəstək almaq, sizin üçün mühüm insanın rəğbətini qazanmaq
şansı var.
Dolça - Günün ilk yarısında ehtiyatlı olun. Hər
addımı yaxşı düşünün, hər qərarı götür-qoy edin. Gərəksiz əlaqə və
təmaslara can atmayın. Şübhəli şəxslərlə iş görməyin. Yaramaz
insanlarla ünsiyyətdən tamamən qurtulmaq mümkün deyil.
Yaşlı qohumlardan biri ilə mübahisə istisna deyil. Sinirlənməyin,
emosiyalara qapılıb sərt sözlər deməyin.
Günün ikinci yarısında maliyyə itkisi, cərimə, cəza riski
var.
Alış-veriş məsləhət deyil.
Axşam saatlarında başağrısı ola bilər.
Balıqlar - Əlverişli gündür. Köhnə dostlarla
yanaşı, yeni tanışlar üçün ünsiyyət yaxşı alına bilər. Yaxın
ətrafınızdakı insanlarda müsbət təəssürat yaradırsınız. İşlərin
irəliləməsi üçün konkret problemləri sürətlə həll edin. Diqqət
mərkəzində olacaqsınız.
İşgüzar məsələləri qeyri-formal ortamda müzakirə etmək olar.
Alış-veriş, istirahətlə bağlı ailə üzvləri ilə müzakirələr
aparın.
Səfər və ya səyahətə hazırlaşa bilərsiniz.
Milli.az
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu