Qoroskop
Astroloji proqnoz - 3 iyul
Qoç - günün ilk yarısından etibarən məhsuldar
işləməyə çalışın. Mürəkkəb, birmənalı olmayan işlərin öhdəsindən
gələ bilərsiniz. İşdə rəhbərliklə təmaslarda, həmkarlarınızda
münasibətlərdə sayıq olun.
Kobudluq etməyin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə yarana biləcək
anlaşılmazlığı aradan qaldırın. Sevdiyiniz insanın tələblərini
nəzərə alın. Laqeyd insan təsiri bağışlamayın.
Axşam saatlarını özünüzə həsr edin.
Buğa - bol şanslar və imkanlar vəd edən gündür.
İntuisiyanızı işə salın. Cari işlərin və rutin məsələlərin
öhdəsindən gəlmək üçün bir qədər qətiyyətli olmalısınız. İradəli və
ötkəm olun. İşlərinizə kənar müdaxilələrə imkan verməyin.
Günün ikinci yarısında çalışdığınız kollektivdə, işlədiyiniz
məkanda münasibətlərin harmonik olmasına can atın. Dəyər verdiyiniz
insanla ünsiyyətinizdə çətinliklər, soyuqlaşma yarana bilər.
Problemləri danışıqlarla həll etməyin tərəfdarı olun.
Əkizlər - hadisələrin axarı və proseslər
əhvalınıza da təsir edəcək. Həllini gözləyən məişət problemləri
var. Maliyyə öhdəliklərinizi unutmayın. İşdə və münasibətlərdə
soyuqqanlı olun.
Günün ikinci yarısında əsas məqsədi seçərək ona doğru dayanmadan
irəliləyin. Saatlar keçdikcə emosional fon qaydasına düşəcək.
Əhvalınız yaxşılaşacaq.
Axşam saatlarında qohumlarınızdan və dostlarınızdan xoş xəbərlər
alacaqsınız.
Xərçəng - yaxın ətrafınızdakı insanların
maraqlarının sizin mənafelərinizlə ziddiyyət təşkil edəcəyinə hazır
olun. Fəaliyyətinizdə qarşı tərəfin istəklərini də nəzərə alın.
Eqoizm işlərin ziyanınadır.
Günün ikinci yarısında vahid layihə çərçivəsində öz maraqlarınızı
qoruyun. Sadəlövh olmayın. Təklifləri ciddi şəkildə
dəyərləndirmədən qərar verməyin. Tanımadığınız insanların
"məsləhət"lərinə əsla inanmayın.
Axşam saatlarını sevdiyiniz insanla birgə istirahətə həsr edin.
Şir - günün ilk yarısından etibarən intensiv
işləməli olacaqsınız. Bununla belə, qüvvənizini və imkanlarınızı
olduğundan artıq sayaraq həllini bacarmayacağınız problemin
çözümünü vəd etməyin. İfrat intellektual və fiziki yük səhhətinizdə
problemlər yarada bilər.
Günün ikinci yarısında boş vədlərə aldanmayın. Dostlardan birindən
yaxşı xəbər alacaqsınız. Tələskənliyə yol verməyin, iradəli olun.
Bəzi məsələlərdə inandığınız insanların dediklərinə qulaq asaraq
davranmaq daha yaxşıdır.
Axşam saatlarını sevdiyiniz məşğuliyyətə həsr edin.
Qız - günün ilk yarısından bütün işləri
planlaşdırmağa çalışmayın. Proseslərin məcrası gözləntilərinizi
alt-üst edə bilər. Çətin vəziyyət sizi ruhdan salmamalıdır.
Əhvalınızda stabillik yoxdur.
Günün ikinci yarısında aqressiv davranmayın. İşdəki problem barədə
rəhbərliyə məlumat verməzdən əvvəl şəraitin təfsilatları haqqında
informasiya toplayın. Rəsmi qurumlara müraciət üçün əlverişli zaman
deyil.
Axşam saatlarında köhnə dostla görüş, qonağın gəlişi istisna
deyil.
Tərəzi - ailə və məişət qayğılarının öhdəsindən
asanlıqla gələ bilərsiniz. Fəaliyyət arealında qayda yaradın.
Planlarınızı nizamlayın. İdefikslərə aldanmayın, illüziyaları
həqiqət saymayın. Təmir və köçə başlamaq fikriniz varsa, daha
münasib zamanı gözləyin.
Günün ikinci yarısında sizdən pullu və güclü insanla mübahisə
etməyin. Daha ustalıqla, fəndgir şəkildə qisas almaq olar. Maliyyə
məsələlərində yüz ölçüb, bir biçin. Yaxınlarınızla təmaslar
əhvalınızı yaxşılaşdıracaq, müsbət emosiyalar bəxş edəcək.
Əqrəb - günün ilk yarısında planları
dəqiqləşdirəndən sonra fəaliyyətə başlayın. İşləriniz arasında ən
maraqlısını seçərək onu prioritetə çevirin. Vəzifə
səlahiyyətlərinin icrası ifrat çətinliklər yaratmayacaq.
Günün ikinci yarısında ənənəvi, adət etdiyiniz sxemlərin
çərçivəsindən kənara çıxmayın. Müzakirələrdə, danışıqlarda -
ümumiyyətlə, ünsiyyətdə ikiüzlülük etməyin. Belədə sizi anlayacaq,
sayğı bəsləyəcəklər.
Oxatan - praktik olun. Praqmat davranın.
Pulunuza qənaət edin. "Qara gün" üçün yığdığınız pulları mənasız
işlərə, gərəksiz əşyaların alınmasına sərf etməyin. Sabahı düşünün,
çünki maliyyə stabilliyi hər an pozula bilər.
Günün ikinci yarısında təhlükəsizliyinizi və əmlakınızın
mühafizəsini təmin edin.
Qidada sağlam rasionu unutmayın. İzafilikdən, ifratdan uzaq olun.
Axşam saatlarında dostlarla maraqlı və yaddaqalan görüş, sevdiyiniz
insanla təmas ola bilər.
Oğlaq - günün ilk yarısı ən əlverişli zamandır.
Tapşırıqları vaxtında yerinə yetirin. Öhdəliklərin
reallaşdırılmasını gecikdirməyin. Başqalarının sürəkli
məsləhətlərini qulaqardına vuraraq fəal çalışın.
Günün ikinci yarısında yeni layihənin icrasına başlayanda ilk
addımlarınızı korrektə edin. Maliyyə problemlərinin həll variantını
yəqinləşdirmədən irəliləmək asan deyil.
Axşam saatları üçün məşğuliyyəti seçərkən mövcud vəziyyəti nəzərə
alın.
Dolça - huşsuzluq etməyin. Qüvvənizə və
potensialınıza qənaət edin. Emosional davranaraq hisslərin əsiri
olmayın. Məntiqli addımlar atıb, düşünülmüş qərarlar verin.
Günün ikinci yarısında şəxsi münasibətlərdəki problemləri çözün.
İşlərinizi başqalarına həvalə etmək çıxış yolu deyil.
Dəyər verdiyiniz insanla təmasları intensivləşdirmək üçün aktiv
olun. Təşəbbüsləriniz gərəkli nəticələr verəcək.
Balıqlar - faydalı əlaqələrin sayını və
çeşidini artırın. Nüfuzlu insanların dəstəyindən operativ şəkildə
yararlanın. Qarışıq vəziyyətdə köməyə ehtiyacınız olacaq.
İndiyədək dəfələrlə sınaqdan çıxmış metodlarla sadə, amma etibarlı
vasitələr günün ikinci yarısında daha effektivdir. Yeni yolların
aranmasını ertələyin.
Axşam saatlarını ailənizlə keçirin. Yaxınlarınızı sevindirin.
Milli.az
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı