Qoroskop
Astroloji proqnoz - 9 avqust
Qoç - gərgin situasiyalar tədricən həllini
tapır. Çətinlikləri inamla dəfn edin. Yaşam arealını qaydaya salın,
informasiyanı saf-çürük edin. Görüş və ünsiyyətlər səbirsizliklə
müşayiət olunacaq. Emosiyalarınıza hakim olun.
Sonradan təəssüflənməmək və pərişan olmamaq üçün hisslərinizə
nəzarət edin. Neytral mövzu ilə məşğul olun.
Sizə mane olan ünsür və ya nəsnədən qurtulun. Heyfislənməyin, əks
təqdirdə heç nəyə nail ola bilməyəcəksiniz.
Buğa - sizdən asılı olmayan şərtlər narazılıq və
gərginlik yaradacaq. Önəmli görüşü, vacib danışığı təxirə salmayın.
Şəxsi münasibətlər müstəvisinə yaxın günlərdə önəmli yenilik yaşana
bilər. Bir sıra məsələlərdə konkretlik yaranır.
Kollektivdə yeniliklərin zəmini qoyulub. Enerjinizi elə bir
istiqamətə yönəldin ki, problemlər və mübahisələr sonucda ümumi
maraqların reallaşması ilə nəticələnsin.
Neqativ fikirlər şüurunuzu zəbt etməsin. Maraqlı və işlərinizdə
irəliləyişlər vəd edən işlərlə məşğul olun.
Yaxın gələcəkdə sizi gözləyən işi tam yerinə yetirərək məqbul
sonuca nail olmaq üçün gərəkli müstəvini təmizləyin.
Qarşılaşdığınız problemləri aradan qaldıra bilmirsinizsə, yardımçı
arayın, dəstək alın.
Bütün işləri eyni vaxtda qaydaya salmaq, nizamlamaq mümkün deyil.
Amma bu, ümumiyyətlə, iş görməmək üçün səbəb deyil.
Əkizlər - zəifləmək, ruhdan düşmək vaxtı deyil.
Böyük ümidlər bəslədiyiniz işlərlə bağlı problem yarana bilər.
Çətinliklər ilkin mərhələdə olduğundan onları həll etmək imkanı
var.
İzafi gərginlikdən qurtulun, yardımları təşkil edin.
Təmkinli, səbrli olun, emosiyalara uymayın.
Bir qədər öncə yol verdiyiniz səhlənkarlıqla bağlı qəfil maneə ilə
üzləşə bilərsiniz.
Yaşam gücünüzü və potensialınızın emosiyalara qurban olmasına imkan
verməyin. Sağlam məntiq və soyuqqanlı davranış sədləri keçməyə
yardım edəcək.
Xərçəng - yaşamda bir çox məqamlar dəyişəcək.
Dərhal bir neçə istiqamətdə çalışmaq ehtiyacı yarana bilər və bu
səbəbdən də istiqaməti sürətlə dəyişməyə hazır olun.
İnformasiya çoxdur və onları təhlil etmək gərəkdir. Alınan
məlumatları nəzarətdə saxlayın.
Resurslar, təmaslar, əlaqələr, toplanan informasiyanı yenidən
nəzərdən keçirmək gərəkdir.
Hadisələrin dinamikası artır. Gələn xəbərlər arasında mühüm və
ikinci dərəcəli məqamları ayırın. İşlərin effektiv olması üçün
aktiv çalışın.
Əsas hərəkət istiqamətini bəlirləyin, ikinci dərəcəli işləri yaxın
ətrafınızdakı insanlarla paylaşın.
Səhhətiniz barədə düşünün.
Şir - qüvvələr balansı və diqqətin
konsentrasiyasını təmin etmək olar. Yaşanan olaylarda, baş verən
hadisələrdə xaos və gərginlik çoxdur. Hər şeyə rəğmən, günün ikinci
yarısına yaxın bəzi məsələlər qəflətən, əlahiddə səylər olmadan
həllini tapacaq.
Bəzi sahədə uğur qazanıb müəyyən müstəvidə uğursuzluğa düçar olmaq
mümkündür. Yaşananlara tez reaksiya verin, dürüst istiqaməti dərhal
müəyyənləşdirin.
Şəxsi münasibətlərdə sizə yaxın insanın əhvalını və istəklərini
duymaq bacarığı əlahiddə əhəmiyyət kəsb edir. Sözlərin məna yükü
azalır.
Təmkinli və soyuqqanlı olun. Əks təqdirdə, inkişaf etdirmək
istədiyiniz məsələni alt-üst edə bilərsiniz.
Qız - həyəcan, nigaranlıq və emosiyaların bol
olduğu gündür. Artıq sözlər deməmək üçün hisslərinizi cilovlayın.
Bədxahlarınızdan biri bu vəziyyətdən yararlanaraq sizə qarşı yeni
intriqa hazırlaya bilər. Ünsiyyət dairəsini düzgün seçməyə
çalışın.
İzafi dərəcədə səmimi olmayın, bütün sirlərinizi bölüşməyin.
Planlarla bağlı kimsəyə açıqlama verməyin.
Boynunuza götürdüyünüz öhdəlikləri yerinə yetirin. Daxili tabulara,
sizin üçün önəmli olan yazılmamış qaydalara riayət edin.
Pis vərdişlərdən və ya gərəksiz əlaqələrdən birindən qurtulmaq üçün
əlverişli gündür. Lüzum yaranarsa, maliyyə və əmlak məsələlərini
qohumlarla müzakirə etmək mümkündür.
Axşam saatlarında istirahət edin.
Tərəzi - emosional gündür. İndi əsas məsələ "arxa
cəbhə"ni möhkəmləndirərək daxili müvazinəti qorumaqdır. Rəqib və
bədxahlardan biri sizi üstələməyə çalışır.
Bacarıq və biliklərinizi təkmilləşdirin. Aktivliyin yeni
mərhələsinə hazırlaşın. Emosional durumun praktiki məna kəsb edən
işlərə mane olmasına rəvac verməyin.
Günün ikinci yarısında aktivliyinizin praktiki mənası olmalıdır.
İmic də dəyişikliklər tələb edir.
Yaşam tonusunu dəstəkləyən tədbirləri bir qədər məhdudlaşdırın.
Axşam saatlarında yaxşıca istirahət edin.
Əqrəb - gərgin və qarışıq gündür. Baş verənləri
ifrat dərəcədə emosional qəbul etməyin. Hisslərinizə hakim olun.
Hisslərinizi cilovlayın, yalnız ciddi düşünüb-daşınandan sonra
qərar qəbul edin.
Səfəri, mühüm danışıqların aparılmasını təxirə salın.
Əldə edilmiş sövdələşmələrin təsdiqlənməsi və rəsmiləşdirilməsi ilə
tələsməyin.
Günün ikinci yarısında sənədlərin imzalanması, hansısa yeni
öhdəliklərin götürülməsi məsləhət deyil.
Şəxsi münasibətlər müstəvisində gərginlik çoxdur. Qarşılıqlı
anlaşma və etimada mane olan hisslərin tarıma çəkilməsinə imkan
verməyin.
Oxatan - işdə, çalışdığınız yerdə və ya fəaliyyət
göstərdiyiniz sahədə dəyişikliklər mümkündür. İnformasiyalar,
təkliflər və hadisələri diqqətlə izləyin. Gərginləşməyə imkan
verməyin.
Yalnız cari işlərlə məşğul olun. Ciddi perspektivi olmayan
məsələlərlə bağlı sövdələşmə və danışıqlar aparmayın.
İşlərin gedişatı sizi narazı sala bilər.
Yaranmış situasiyadan xeyrinizə faydalanmağın yollarını fikirləşin.
Məntiqli və təmkinli olun, emosiyaların əsirinə çevrilməyin.
Məqsədəuyğun şəkildə davranın.
Boş söhbətlərə mümkün qədər az vaxt ayırın, şayiələrə
qatılmayın.
Axşam saatları əqli və fiziki aktivlik üçün yaxşı vaxtdır.
Oğlaq - bəzi situasiyalarda qarşıdurma hiss oluna
bilər. Təmkinli davranın, dəyişikliklər və yeniliklərə ifrat
şəkildə can atmayın. Hadisələrin axarına kobud müdaxilələr
etməyin.
Problem və çətinliklərinizi sizin əvəzinizə kimsə həll edə bilər.
Məsləhət almaqdan çəkinməyin.
Dostların daha bilikli və məlumatlı olduqları məsələlərlə bağlı
onlarla müzakirələr apara bilərsiniz.
Şəxsi münasibətlər müstəvisində niyyət və planlarınızın
reallaşmasına hələ çox var.
Qarşılıqlı inamsızlıq və inadkarlıq müşahidə olunur. Problemi
maneənin birgə dəf olunması həll edə bilər.
Dolça - ailə və evlə bağlı işlər bu gün prioriet
olmalıdır. Yaşam şəraiti ilə bağlı məsələlərin yaxşılaşdırılması
gündəmdədir. Sizə yaxın insanlarla münasibətlərə dəyər verin.
Kiçik məsələlərə görə tərəfdaş və ya ailə üzvlərindən biri ilə
münaqişəyə başlamayın.
Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın.
İşdə fəaliyyət məkanının bir sahəsi və ya layihənin sektorunu
qaydaya salın.
Axşam saatalarında hadisələr və hisslər şəxsi münasibətlər
müstəvisi ilə bağlıdır. Sevdiyiniz insanla vaxt keçirin.
Balıqlar - səhər saatlarından etibarən işlərlə
aktiv məşğul olun. Günün ikinci yarısına yarımçıq işləri yığmayın.
Tərəfdaş və ya iş yoldaşınızın passivliyi sizi sinirləndirə
bilər.
Cari proseslərlə məşğul olun, nəyisə araşdırmaq və ya sübut etməyə
çalışmayın. İnad etsəniz, opponentin dediklərini eşitməsəniz, çox
qısa zamanda münaqişə yaranacaq.
Güzəştə getmək, geri çəkilmək, mövqelərinizin daha aydın olacağı
vaxtı gözləmək olar.
Əhvalınızı yaxşılaşdırmaq üçün yaşam arealınıza bir neçə parlaq
cizgi əlavə edin.
Axşam saatlarında dincəlin (Milli.Az).
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO