Qoroskop
Astroloji proqnoz - 13 avqust
Qoç - Ay və Merkurinin münasibətləri
hadisələrin sakit, hətta bir qədər ləng inkişafına zəmin yaradır.
İşlərdə gecikmə və təxirəsalmalar ola bilər.
Gözlədiyiniz məlumatın gəlişi yubanır.
Daxili harmoniyaya nail olaraq, bir qədər nəfəs alın və çoxdan
çözüləsi problemin həlli üçün var gücünüzlə çalışın.
İşin konkret, praktiki yönlərinə fikir verin. Maddi gəlir vəd edən
və ya maliyyə vəziyyətinizin yaxşılaşmasına səbəb olacaq işi görün.
Vədlər, yardım, psevdohumanizm vaxtı deyil.
Xarici görkəminizin qayğısına qalın. Sizə lazım olduğunu
düşündüyünüz, amma pul sərfindən başqa heç nə olmayan əşyanı
bankların böyükfaizli kreditilə almayın. Belədə əşya sizə
dəyərindən ikiqat baha başa gələcək.
Boş vədlərə və şirin dilə aldanmayın.
Məntiqli səylər nəticə verəcək.
Buğa - Hiperion və Mimasın münasibətləri günün
aramla, tələsmədən keçməsini gözləyənləri pərişan edə bilər. Yaxın
həftələrin durumu bu gün müəyyənləşir. Tənbəllik etməyin, çalışın,
pul qazanın.
Ciddi işə hazırlaşın. Evdə qayda yaradın. İş yerində gərəksiz
əşyalardan qurtulun.
Bu gün alış-veriş üçün sərfəli deyil.
Axşam saatlarında yaxşı istirahət üçün vaxt tapın. Sevdiyiniz
adamın yanında olun, heç yerə tələsməyin. Axşamın xeyrindənsə
səhərin şəri yaxşıdır.
Əkizlər - Umbriel və Ledanın münasibətləri enerji
ilə diqqətinizi işə cəlb edir. Mühüm məsələnin inkişafında geri
qalmamaq üçün bütün bacarıq və imkanları işə salın.
Yaxın günlərdə ciddi problem yarana bilər və onun qarşısını indidən
almaq gərəkdir. Lazımi məlumatın əldə edilməsi üçün bütün
vasitələri işə salın. Tərəfdaş, həmkar və ya iş yoldaşları ilə
danışıqlar, məsləhətləşmələr aparıla bilər.
Özünüzə vaxt ayırın. Axşam saatlarında sizə xoş insanlarla
ünsiyyətdə olun.
Xərçəng - Bir qədər asta çalışmaq istəsəniz də,
gün sizdən fəallıq və əzm tələb edir. Kallisto və Titanın
münasibətləri gəzinti, ezamiyyət, tapşırıqlarla bağlı şəraiti
əlverişli edir.
Risk etməyin, ekstremal şərtlərin yaranmasına təkan verməyin. İzafi
işlərlə özünüzü yormayın.
Günün ikinci yarısında nigaranlıq və gərginlik yarana bilər. Dəyər
verdiyiniz insanın yanınızda olmasına çalışın. Sizi rahatlandıracaq
işlə məşğul olun.
Şir - Lisiteya və Enseladın münasibətləri sizdən
qətiyyət, əzm istəyir. Məqsədlərinizə çatmaq üçün səyrlərinizi
əsirgəməyin.
Görüləcək işə başqalarını da cəlb edin, görəvli insanların
tənbəllik edərək işdən yayınmalarına imkan verməyin.
Əyləncə və istirahət bir qədər gözləyə bilər.
Fikrinizdə ideya möhkəm yer tutubsa, onun gerçəkləşməsi üçün şərait
yaradın.
Ünsiyyət üçün düşərli gündür. Fəqət qarşı tərəfin yaşam maraqları
məkanına müdaxilə etməyin.
Qız - Oberon və Tefeyanın münasibətləri bu gün
rahat dönəm vəd edir. Qüvvənizi bərpa edin, xarici görünüşünüzə
fikir verin. Səhhətə diqqət yetirin.
Alış-veriş günün ilk yarısında olarsa, məsləhətdir.
Təəssüratlar bol olacaq və onlar sizin üçün mühüm mövzunun
inkişafında stimul rolunu oynayacaq. Qəfil fikirlər, nişanələr və
təkliflərə fikir verin.
Aktiv olun, ətalətlə davranmayın.
Tərəzi - Saturn və Veneranın münasibətəri bu gün
yüksək iş qabiliyyətli olmağa, məsələlərin həllinə konstruktiv
yanaşmağa imkan verir.
Kiminsə fikrini və mövqeyini kökündən dəyişmək çətin olacaq. Aktual
mövzunun həllinə və ya mövqelərin səbatlaşmasına yönəlmiş ideyalar
dərhal müsbət dəyərləndiriləcək. Özünüzü əmin hiss etmək üçün ətraf
mühitdə daha çox qayda yaradın.
Evdəki kiçik təmiri başa vurun, problemləri çözün.
Şəxsi münasibətlərdə yalnız konkret jestlər dəyərləndiriləcək. Bu
gün daha az xəyal edərək daha çox iş görün.
Əqrəb - Saturn və Marsın münasibətləri sakit,
ciddi problemlərin yaşanmayacağı gün vəd edir. Bir qədər tənbəllik,
ətalət hiss olunsa da, fikrinizi dağıdacaq və əsas işdən yayındıra
biləcək məqamlara diqqət verməyin.
Evdəki problemi həll edin, çünki ailə üzvləri sizin
laqeydliyinizdən şikayətçidir.
Böyük həcmdə iş görmək, müəyyən detalları önə çəkmək, planlara
yenidən baxmaq olar.
Yaxın ətrafınızdakı insanlardan biri pozitiv rol oynayaraq sizə
yardım edə bilər.
İşdə həmkarlarınıza təzyiq etməyin ki, qeyri-adekvat etirazla
qarşılaşmayasınız.
Oxatan - Makemake və Yerin münasibətləri maliyyə,
maddi məsələlərlə məşğul olaraq həyatdan kam almağa imkan verir.
İndi tələsməyə lüzum yoxdur.
Rejimə riayət edin, səhhətinizə fikir verin.
Fiziki məşğələlər və ya iş məsləhətdir. Görüləsi işlər həddən
artıqdırsa, əlavə gəlir imkanına şirnikib daha bir işə
başlamayın.
Günün ikinci yarısında olayların tempi bir qədər aşağı düşəcək.
Axşam saatlarında bir qədər açıq havada gəzişin. Amma özünüzü
soyuğa verməyin.
Boğazınızı gözləyin, çünki qripə yoluxmaq və ya zökəm riski çox
güclüdür.
Oğlaq - Serera və Merkurinin münasibətləri
gərginliyi, nigaranlıq və narahatlığı müvəqqəti unudaraq bütün
diqqəti işə, problemlərin həllinə cəlb etməyə imkan verəcək.
Ailə qayğıları və əlaqələr ön plana çıxacaq, işdəki münasibətlərə
aydınlıq gətirilməsinə ehtiyac yaranacaq.
Praktiki olun, ayaq üstə möhkəm durun.
Sizə əziz olan insanları sərt tənqid etməyin, onlardan sirr
saxlamayın. Yaxınlarınızı tərifləyin. Rəğbət nümayişi böyük
vədlərin verilməsinə çevrilməməlidir.
Dolça - Erida və Veneranın münasibətləri gündən
faydalanmağa imkan verir. Görüləcək işlərin formasını və həcmini
müəyyənləşdirin, plan qurun, yükü həmkar, tərəfdaş və ya şəriklə
bölüşün.
Sizə önəmli olan insanla əlaqə saxlayın, narahat edən məsələni
onunla müzakirə edin.
İkinci dərəcəli işi təxirə salaraq konkret məkanda önəmli məsələ
ilə məşğul olun.
Kompüterinizdəki fayl və qovluqlarda qayda yaradın.
Təmas və əlaqələrdə gərginlik yaratmayın. Ehtiyac duyanda təmas
qurun.
Axşam saatlarınızı sevdiyiniz əyləncə və ya marağa həsr edin.
Balıqlar - Ay və Deymosun münasibətləri bu gün hər
şeyi ciddi qəbul etməyi istəyir. Günün zahiri amilləri müsbətdir.
Ünsiyyət, sizi maraqlandıran məlumatların alınması üçün
məhdudiyyətlər yoxdur.
Əgər kimsə və ya nəsə varlığını xatırladarsa, bu, təsadüfi olay
deyil. Gərəkli zəngləri edin, məktublar yazın, sizdən diqqət
nişanəsi gözləyən insanı pərişan etməyin.
Vədləri yerinə yetirin.
Şəxsi münasibətlərdə inadkar olmayın. Möhkəm fikirləşməyə vadar
edən hadisə baş verə bilər.
Axşam saatlarını maraqlı bir məkanda keçirmək məsləhətdir.
Gec saatlarda görüşdən imtina edərək rahat istirahət üçün şərait
yaradın (Milli.Az).
-
Magazin104:44
Niyaməddin Musayev gəlinindən DANIŞDI: "Yeməkləri bişirib yığır ki..."
-
İKT03:43
Süni intellektə görə yüzlərlə "TikTok" əməkdaşı AÇ QALACAQ
-
Sosial02:12
32 ildən sonra Laçın şəhərində toy sədası eşidildi
-
Kriminal00:45
Atasını döyə-döyə öldürən oğul onun üzünü tamam dağıdıbmış - Tükürpədici DETALLAR
-
Art00:15
Məşhur aktyor tamaşa zamanı HUŞUNU İTİRDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Elə bir sirr ortaya çıxa bilər ki...
-
Sosial12 Oktyabr 23:24
Bakıda məşhur şirkətin işçisi oğurluq üstündə HƏBS EDİLDİ
-
Magazin112 Oktyabr 22:36
Mehin yeni fotoları ilə GÖZ OXŞADI