Qoroskop
Astroloji proqnoz -19 avqust
Qoç - Oberon və Mirandanın münasibətləri zəngin
emosional fonlu gün vəd edir. Hadisələrin inkişaf məcrası sizin
nüansları sezmək və görmək bacarığınızdan asıldıır.
Böyük, ciddi yeniliklər olmayacaq, sizdən əlahiddə səylər tələb
edilməyəcək. Yaxın insanların işlərinə qatılın, onlara yarldım
edin. Həmkarlarınızı narahat edən məsələləri müzakirə edin.
İfrat emosionallıq və hisslər sizdən fəal davranış, əməl və
qərarlar tələb edir.
İş yerində qayda yaradın.
Evdə isə sadə, səmimi olun.
Buğa - Kallisto və Leda xəbərlər, təmaslar və
əlaqələrlə bol gün vəd edir. Nəyisə təşkil etmək, aramaq, məlumat
axtarmaq lazım olacaq.
İşlərinizin effektivliyinin orta həddən aşağıya düşməsinə imkan
verməyin.
Eyni vaxtda bir neçə işlə məşğul olaraq fikrinizi dağıtmayın.
Sabah görmək istədiyiniz işlərin planını indidən hazırlayın ki,
sonradan axsama və ya ləngimələr olmasın.
İstirahəti azaldaraq intensiv çalışın.
Sizə yaxın olan insanlar problemləri barədə heç nə deməsələr belə,
onların qayğısına qalın.
Əkizlər - Umbriel və Titanianın münasibətləri sizi
bir qədər geriyə qaytaracaq. Nigaranlıq, narahatlıq, qayğı hissləri
yaranacaq. Yaxın ətrafınızdakı insanların davranış və sözlərindən
narazı qala bilərsiniz. Əmin olmadığınız məsələlərdə inadkarlıq
etməyin.
Günün məşğuliyyəti əhvalınız kimi qəflətən dəyişə bilər.
Ətrafınızdakı insanlara qarşı tələblərlə çıxış etməyin, milçəyi
filə çevirməyin. Əks təqdirdə vəziyyət daha da ağırlaşa bilər.
Yaxın bildiyiniz insanların bəzi zəiflik və səhvlərini bağışlayın.
Axşam saatlarında açıq havada gəzintiyə çıxın.
İmkan olarsa, alış-veriş edin.
Xərçəng - Enselad və Titanın münasibətləri bu gün
sizdən ehtiyatlı davranmağı istəyir. Yaşananları, baş verənləri
diqqətlə müşahidə edin, sadəlövhcəsinə davranmayın.
İllüziyalar aləminə qapılmayın, vaxtınızı şəxsi maraqlarınıza həsr
etməyin.
Yardımınıza, məhz indi dəstəyinizə ehtiyac duyan insan var.
Qarşı tərəfin maraqlarını nəzərə almayaraq öz hiss və mənafenizi
hər şeydən üstün tutsanız, inciklik və kobudluqla
qarşılaşacaqsınız.
İntuisiyanızla məsləhətləşin, amma ilk emosiyalara aldanmayın.
Qərar qəbul edəndə yaxşıca fikirləşin. Kiməsə tapşırıq verəndə
səlis və aydın danışın.
Problemlərin formasına rəğmən, onları müzakirə edin.
Şir - Günəş və Neptunun münasibətləri diqqətinizi
praktik müstəvidən kənarlaşdıra bilər. Təhlükəsizliyi düşünün,
böyük riskə getməyin, çox iş görməyə tələsməyin. Bir istiqamətdə
hərəkət edin, yaranan imkanları dəyərləndirin. Yaşamınızda aktual
olan məsələlərə yaradıcı yanaşın.
Gərəksiz sərtliyə, tələsik qərarlara yol verməyin. Əks təqdirdə
təmaslar və əlaqələrin ənənəvi stili pozulacaq, problemlər yarana
biləcək yöndə hadisələr sürətlənəcək.
Maliyyə məsələlərinə xüsusi fikir verin. Bəzi öhdəlikləri və
vədləri yerinə yetirə bilmirsinizsə, bunu iş yoldaşlarınız,
dostlarınız və ya tanışlarınıza bildirin.
Onlar imkan yaranana qədər gözləsələr, pis olmaz.
Qız - Andromeda və Fobosun münasibətləri
hadisələrin gedişatında qəfil məqamların yaranmasına səbəb
olur.
Möhtəşəm planlarınız olsa da, hələlik onların vaxtı deyil.
Diqqətinizi bir məqsədə, bir işə yönəldin və onun nəticələrinə nail
olmağa səy göstərin. Perspektivlər aydın deyil. İş yoldaşları və
tərəfdaşlarınız sizi diqqətlə dinləmirlər.
Bu günü bəzi məsələləri daha yaxşı anlamaq, məğzə varmaq üçün
əlverişli dövr sayın.
Narahatlıq varsa, müvəqqəti olaraq başqa işlə məşğul olun.
Ola bilər ki, ehtiyac duyduğunuz nəsnəni indi tapasınız. Bəzi
problemləriniz sizin iştirakınız olmadan həllini tapacaq.
Tərəzi - İo və Kallistonun münasibətləri əvvəlki
vaxtlarla müqayisədə daha çox səy, zəhmətkeşlik tələb edəcək.
Sərfəli və gəlirli, lazım saydığınız işlərin hamısını görməyə
çətinlik çəkəcəksiniz.
Xaotik fəallıq etməyin, birbaşa öhdəliklərinizi yerinə yetirməyə
mane ola biləcək təşəbbüslərə qatılmayın.
Perspektivlər, karyera, iş yeri ilə bağlı səbəbsiz, motivsiz
nigaranlıq hissləri yarana bilər.
İşgüzar ambisiyalarınızı arxa plana salın, ailə və sevdiyiniz
insanın mənafelərini ön plana çəkin.
Parlaq və güclü təəssüratlar istəsəniz də, bu gün həyat güzəşt,
soyuqqanlı olmağı, başqalarının işlərində köməyi tələb edir.
Xırdalıqları və detalları diqqətlə yoxlayın, önəmli məqamları
nəzarətsiz qoymayın.
Əqrəb - Haron və Tritonun münasibətləri hisslərdə
gərilmə vəd edir. Qarışıqlıq və yubanmalar bəzi işləri vaxtında
görməyə mane olacaq. Mühüm işdə təxirəsalma yarana bilər.
Fikirləriniz cari işlərdən çox kənarda olmasın, fantaziya və
xəyallar şüurunuza hakim kəsilməsin.
Konkret məqsədlərə çatmağa çalışdığınız vaxtda bəzi niyyətləriniz
reallaşmaya bilər.
Mühüm saydığınız işlərdən birini təxirə salın. Nigaranlıq və ya
gərginlik hiss edəcəyinizi düşündüyünüz görüşə qatılmayın.
Şəxsi həyat ön plana çıxacaq. Adi kanallardan yan keçməklə durum,
mövqe, perspektiv və ya qüvvənizi artıra biləcək məlumatlar ala
bilərsiniz. Yaradıcılıq və ya işlə bağlı bilikləri artırın.
Maraqlanmadığınız, amma ehtiyac duyulan işi görməli
olacaqsınız.
Oxatan - Venera və Plutonun münasibətləri ciddi
işə başlamağınızı tələb edir. Məhdudiyyətlər və çətinliklər
qaçılmazdır.
Doğru yolla, seçilmiş kursla irəlilədiyinizi düşünürsünüzsə,
problemlər olmamalıdır. "Şər deməsən, xeyir gəlməz" deyimini
xatırlayın. Gərgin situsiya pik həddinə çatacaq, xoşagəlməz faktlar
üzə çıxacaq və sizi fəaliyyət vasitələrini dəyərləndirərək daha
əlverişli yollar tapmağa vadar edəcək.
Adi əlaqələrinizlə müqayisədə daha çox mənfəət əldə edə biləcəyiniz
görüşlərdən qaçmayın.
Nəyisə dəyişəcəyiniz bütün işlər üçün uğurlu gündür.
İnqilabi istəklər və ya çevriliş etmək niyyətinin zamanı deyil.
Daha mühüm olanı əlaqələr və təmasları qaydaya salaraq planlara
dəstəyə nail olmaqdır.
Oğlaq - Mars və Saturnun münasibətləri çətin gün
vəd edir. Hissiyatınız artacaq, başqasının enerji təsirinə məruz
qalacaqsınız. İstənilən hadisənin inkişaf məcrasında emosiyalar
mühüm rol oynayır. Tamah, yalan qurbanı olmayın. Kimsənin sizi
bəyənmədiyiniz işə razılaşdırmasına imkan verməyin.
Maraqlı məlumat adi kanallardan yan keçərək gələ bilər.
Yaxınlarınızla münasibətləri rəvan saxlayın, onların problemləri,
qayğıları ilə maraqlanın.
"Arxa cəbhə"niz ailədir.
Belə gündə ailə üzvləri və qohumların dəstəyini hiss etmək
önəmlidir.
Sizə önəmli olan insanlarla münasibətləri qoruyun, münaqişə
yaranıbsa, dərhal barışın.
Dolça - Amalteya və Hanimedin münasibətləri bol
imkanlar, çoxlu yollar yaradır. Fikrinizi cəmləyin, qarşınıza
konkret məqsəd qoyaraq ona çatmağa çalışın. Cari işləri, xüsusilə
də maliyyə məsələlərini fasiləsiz nəzarətdə saxlayın.
Yalan, fırıldaq, uğurlarınızı mənisməmək cəhdləri olacaq.
Başqalarının hərəkətləri, motivləri və cavab reaksiyalarını
dəyərləndirməyə tələsməyin. Durumunuzu səciyyələndirəcək mövzuya
diqqət ayırın. İndi əsas məsələ işin nəticələrini görməkdir.
Yeni fəaliyyət istiqamətləri seçin.
Səhhətinizə fikir verin, amma yeni dərman preparatları ilə
eksperimentlər aparmayın.
Köhnə, sınanmış vasitələrdən istifadə edin.
Balıqlar - Ay və Deymosun münasibətləri
emosionallığın çox energetikanın az olduğu gün vəd edir. Qətiyyətli
olun, hər önəmli hadisə, situasiyadan əvvəlcə psixoloji və fiziki
baxıman özünüzü hazırlayın.
Xəyallar və arzular aləminə dalsanız, günün nəticələri çox pis
olacaq.
Reallığa qayıdın, təzyiqlərə və problemlərə müqavimət göstərin.
Əsassız fikirlər söyləməyin, tərəfdaşınıza təzyiq göstərməyə
çalışmayın.
Emosiyaların həddən ziyadə güclü olacağını nəzərə alaraq məntiqli
davranın (Milli.Az).
-
Qoroskop00:13
Günün qoroskopu: Pul məsələlərində risklərdən qaçın!
-
Magazin111 Oktyabr 22:17
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
-
Kriminal11 Oktyabr 22:04
Xocavəndin hərbi komissarı həbs edildi - RƏSMİ/YENİLƏNDİ
-
İdman11 Oktyabr 21:59
Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ
-
Kriminal11 Oktyabr 21:52
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı
-
Nida Xəbər 11 Oktyabr 20:20
Oqtay Şirəliyev cərimələndi - Nə baş verib?
-
Magazin111 Oktyabr 20:10
Emin Ağalarovun "SeaBreeze”də kimə ev verəcəyi bilindi - FOTO
-
Nəqliyyat11 Oktyabr 18:35
Metroda qatarlar gecikdi - SƏBƏB