Qoroskop
Günün ULDUZ FALI: Xoşagəlməz xəbər ala bilərsiniz
Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - bu gün birlikdə çalışmalı olduğunuz insanları bəyənməsəniz də, onlarda rəğbət hissi yaradırsınız. Həmin insanlar arasında sizə az sonra sadiq müttəfiq və ya dosta çevriləcək şəxs var.
Buğa - dövlət qurumlarına yollanmaq, hakimiyyət mənsubları və ya məmurlarla danışmaq olar: əsas məsələ probleminizin həllinə nail olun.
Əkizlər - yaxınlarınıza ifrat dərəcədə yüksək tələbatla yanaşmayın. Əzizlərinizin bəzi nöqsanlarına güzəştlə yanaşın. Əks halda münasibətlər yetərincə gərgin olacaq. Yaşlı qohumlarla münaqişə ola bilər.
Xərçəng - ən uğurlu gün deyil. Yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Sizin üçün nə isə edə biləcək insanları anlamağa çalışın
Şir - müstəqil fəaliyyət məhsuldar olmayacaq. Ən sadə problemlərin həlli çox vaxt alır. Maliyyə itkiləri ola bilər. Anlaşmalar və sövdələşmələr, alış-veriş uğursuz olacaq.
Qız - günün ilk yarısında maksimal dərəcədə effektiv istifadə edin. Bir sıra layihələrdə irəliləyişə imkan verən gündür. Lakin saatlar keçdikcə müsbət təmayüllərin təsiri zəifləyəcək.
Tərəzi - işlər gözlənildiyi kimi parlaq olmayacaq. Əhvalınız korlana bilər. Günün ikinci yarısına mühüm görüş və ya danışıqlar təyin etməyin. Onlar məhsuldar olmayacaqlar.
Əqrəb - dostlar və ailə üzvləriniz sizə tam dəstək verirlər. İstənilən şərtlərdə, bütün situasiyalarda onlar sizin yanınızdadırlar. Romantik ünsiyyət, sevdiyiniz insanla təmaslar üçün əlverişli zamandır. Küsülü olduğunuz insanla barışa bilərsiniz.
Oxatan - təxribatlara uymayın. Yalnız öz maraqlarını düşünən adamın manipulyasiyalarının hədəfinə, ipi dartılan kuklaya çevrilməyin. Xoşagəlməz xəbər ala bilərsiniz.
Oğlaq - yeni işlərə başlamaq məsləhət deyil. Bu gün layihələri başa çatdırmaq asan deyil. Günün ikinci yarısında işdə rəhbərliklə münasibətlərdə anlaşılmazlıqlar yarana bilər. Yeni iş yeri axtarışlarının başlanması istisna deyil.
Dolça - uğursuz emosional fonu olan gündür. Səbirsiz, sinirli, qıcıqlı olmayın. Sizi hər işdə dəstəkləməyə hazır insanlarla münaqişə etməyin, onların könlünə dəyməyin.
Balıqlar - intellektual fəaliyyətlə məşğul olmaq, yaradıcı yanaşma tələb edən məsələləri həll etmək məsləhət deyil. Bir zamanlar effektiv olmuş metodlardan yararlanmağa can atırsınız. Amma situasiyanın dəyişdiyini unutmayın. İmiclə eksperiment aparmayın. / Milli.Az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR