Qoroskop
Gələn il Azərbaycanda və dünyada nələr olacaq? - Türkiyə ilə Rusiyanın... - SENSASİON PROQNOZLAR (VİDEO)
Astroloq Səbuhi Rəhimli 2021-ci ilin proqnozunu hazırlayıb.
Publika.az xəbər verir ki, məşhur astroloq qarşıdan metal ünsürlü Ağ Öküz ilinin gəldiyini deyib.
“Dağıdıcı, çılğın və qərarsız il kimi səciyyələndirilən Siçovul ilindən fərqli olaraq nəhayət ki, aydın, rahat və sabaha əminlik yaradan bir zaman kəsiminə qədəm qoyacağıq. Öküz illəri adətən stabil dövrlər hesab olunur. Kataklizmlərin minimuma endiyini müşahidə edirik. Belə illərdə dildən iti, obyektiv, işini doğru görən, zəhmətkeş və özündə daima nikbiklik aşılayan insanlar uğur qazanır. Öküz ilində nəyin bahasına olursa olsun, liderliyə can atanlar çox olur. Hətta bu yolda rəqib tərəfə sui-qəsdlərin təşkilinə də yol verilir. Ümumiyyətlə, Öküz ilində siyasi-ictimai çəkisi olanların qətlə yetirilməsi az olmayıb.
.jpg)
İlin planeti Venera olduğundan bu göy cisminin himayəsində olan bürclər – Buğa və Tərəzi aparıcı mövqeyə malik olacaq. Öküz ilinin ən aktiv adamları isə Öküz, İlan və Xoruz ilində dünyaya gələnlərdir. İlin astronomik energetikası Avstriya, Qafqaz, Çin, Yaponiya, Tailand, Rusiyanın Sibir hissəsi, İrlandiya, Polşa, İraq, İran, Əfqanıstan, İsveçrə kimi dövlətləri aktiv edəcək. Bu ərazilər il ərzində dünyanın diqqət mərkəzində olacaq. 2021-ci ilin numeroloji rəqəmi 5-dir. Bu rəqəm qeyri-müəyyənliyi və riski bildirir. Gələn il həm də 4 astronomik hadisə olacaq: 2 dəfə Ay, iki dəfə isə Günəş tutulması olacaq”.
S.Rəhimli koronavirus pandemiyasının bitəcəyi tarixlə bağlı da proqnoz verib. O bildirib ki, bu suala cavab vermək elə də asan deyil:
“Dünyada aktivləşmə keçidini təyin etməklə bu suala kifayət qədər olmasa da, müəyyən qədər cavab vermək olar. Bu dönəm isə mayın sonlarından başlayır. Maydan etibarən dünyanın passiv durumdan çıxması, yavaş-yavaş hərəkətlənməyə doğru getməsi müşahidə olunur”.

Astroloqun sözlərinə görə, 2021-ci ildə xırda anti-terror əməliyyatlarını nəzərə almasaq, Qarabağda hər hansı müharibə olmayacaq:
“Türkiyə ordusunun Azərbaycanda hərbi bazası olmayacaq, heç rusların da. Bu il Rusiya son 8 ilin ən ağır dönəmini yaşayacaq. Sınaqlarla dolu il olacaq”.
Səbuhi Rəhimli qeyd edib ki, ilin ilk 4 ayında Azərbaycanda devalvasiya gözlənilmir.
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi
-
ABŞ1 Mart 18:36Trampın İranla bağlı növbəti planı








.jpg)























.jpg)
.jpg)




