Qoroskop
Astroloji proqnoz - 31 avqust
Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...
QOÇ - Şəxsi münasibətlərdə meydana çıxan mübahisəli situasiyalar qismən də olsa, qaydasına düşəcək. Sadəcə, təmkin göstərmək lazımdır. Bu gün müqəddəs yerlərdən müsbət enerji yığmaq vacibdir.
BUĞA - Bu təqvimdə aktivliyinizi birə-beş qat artırmalısınız. Ona görə də şəxsi məqsədləriniz naminə müəyyən ünvanlara baş çəkməyiniz vacibdir. Əmin olun ki, sizə kömək edənlər tapılacaq.
ƏKİZLƏR - O qədər də uğurlu gün deyil. Maneələriniz çox olacaq. İkitərəfli danışıqlarda təşəbbüskarlığı əldə saxlayın. Əsas diqqətinizi maliyyə problemlərinə və səhhətinizə yönəldin.
XƏRÇƏNG - Ailə üzvlərinizlə müəyyən anlaşılmazlıqlarınız gözlənilir. Çalışın ki, yaranmış konfliktləri sülhə doğru istiqamətləndirəsiniz. Tanrıya zidd addımlardan uzaq olmağa çalışın.
ŞİR - Astroloji göstəricilər ovqatınızın havadan asılı olduğunu bəyan edir. Deməli, iqlim ürəkaçan olsa, nəzərdə tutduğunuz işlər də qaydasında gedəcək. Özünüzü gərginliyə salmayın.
QIZ - Fikir və düşüncələrinizdə qətiyyətli olsanız, hər hansı problemlə rastlaşmayacaqsınız. İqlimin təhərindən asılı olmayaraq, günün ikinci yarısında qonaq getmək əlverişlidir.
TƏRƏZİ - İşgüzar sövdələşmələrdə iştirak etmək və gələcək planları götür-qoy etmək üçün səmərəli gündür. Axşamı bütünlüklə sevdiyiniz insanlara həsr edin. Onlarla birgə olmağa çalışın..
ƏQRƏB - Kənardan kömək göstərən olmasa, hansısa cəhdinizin baştutma ehtimalı reallaşmayacaq. Ümumiyyətlə, bu tarixdə yalnız başqalarının məsləhətilə hərəkət etməlisiniz. Axşam qonaq getməyə dəyər.
OXATAN - Riskli gündür. Çıxardığınız qərarlar yaxın gələcək üçün taleyinizi həll edə bilər. Amma Göy qübbəsi haqqınızda nikbindir. Deməli, daxili potensialınızı səfərbər edib nicata çata bilərsiniz.
OĞLAQ - Ümumən xoş gündür. Bir şərtlə ki, işgüzar sövdələşmə və müzakirələrinizi bir kənara qoyasınız, heç olmasa, saat 16-ya qədər. Qarşılıqlı münasibətlərdə ürəyinizcə olan hadisələr mümkündür.
SUTÖKƏN – Maliyyə problemlərinə görə darıxmayın. Ulduzlar yaxın vaxtlarda sizi varlandıracaq. Bu günsə evlə bağlı maneələrin həllinə çalışmalısınız. Səhhətinizə ciddi yanaşın.
BALIQLAR - Qarşınızda duran öhdəliklərin çoxluğu sizi üzməməlidir. Əgər bu vəzifəni icra etməkdə tərəddüdünüz varsa, dost-tanışlarınızın məsləhətlərindən bəhrələnin. Bir az qətiyyətli olun.
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO