Qoroskop
Günün ULDUZ FALI: situasiya sürətlə dəyişə bilər
Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - şəxsi münasibətlərdə birmənalı olmayan məqamlara yol verməyin. Bütün hallarda aydınlıq gərəkdir. Uğura bel bağlamayın. Bu gün əldə edilən uğurlar sərf olunan səylərlə tərs mütənasibdir.
Dəstəyə bel bağladığınız insanlar yardım etməkdən boyun qaçıra bilərlər.
Dostlar və qohumlardan birinin qayğısına qalmağa hazır olun. Həmin şəxs problemlərinin öhdəsindən təkbaşına gəlmək iqtidarında deyil.
Səfər və ya səyahətdə ehtiyatlı olun. Anlaşılmazlıq, xoşagəlməz hadisə istisna deyil.
Buğa - təşəbbüs üçün əla gündür. Ən cəsarətli niyyətləri reallaşdırmaq, ideyanı müzakirəyə çıxarmaq olar. Enerjili, qətiyyətli olun. Mübahisədə geri çəkilməyin. Maaş artımı və ya gəlir mənbəsinin güclənməsi istisna deyil.
Maliyyə əməliyyatları üçün əlverişli zamandır.
Əks cins mənsubu ilə təmas normal alınacaq.
Günün ikinci yarısı romantik münasibətlər üçün əlverişli zamandır.
Əkizlər - yeni əməkdaşlığa başlamaq üçün əlverişli gündür. Maraqlı insanlarla tanışlıq baş tuta bilər.
Başqalarının bacarmadığı işə cəsarətlə, qətiyyətlə başlayın. Əzmkar olsanız, yaxşı nəticələr əldə edəcəksiniz.
Detallara, təfərrüatlara fikir verin. Diqqətli və sayıq olun.
Günün ikinci yarısında dəvət aldığınız tədbirə qatılın. Ekstravaqant addım atmaq və ya qərar verməkdən çəkinməyin. Diqqət mərkəzində olmaq xeyrinizədir.
Hədiyyə alınması, gəlir əldə edilməsi istisna deyil.
Xərçəng - istənilən formada birgə fəaliyyət üçün əlverişli zamandır. Nüfuzlu insandan dəstək almaq şansını əldən verməyin. Belədə qarşınıza qoyduğunuz məqsədə çatmağınız xeyli asanlaşar. Ənənələri pozmayın, eksperiment etməyin. Yoxlanmış və sınanmış metodlardan istifadə edin.
Günün ikinci yarısında planlar çərçivəsində irəliləyə bilərsiniz. Formalaşmış münasibətlərdə yenilik etmək, onları daha da intensivləşdirmək olar.
Şir - məqsəd və prioritetləri dəqiq müəyyənləşdirməmiş konkret addımlar atmayın. Xırdalıqlara həddən ziyadə fikir verməyin. Mühüm işlər barədə düşünün, diqqətiniz sərfəli və perspektiv istiqamətlərə yönəldin
Tamamilə yeni, indiyədək görmədiyiniz işlə məşğul olmaq istəyi yarana bilər. Fəqət, əvvəlcə başlanmış işləri tamamlayın.
Günün ikinci yarısı işgüzar danışıqlar, əməkdaşlıq şərtlərinin müzakirəsi üçün münasibdir. Sənədləri imzalamağa tələsməyin: daha əlverişli şərtlərə nail olmaq mümkündür.
Şəxsi münasibətlər müstəvisində ciddi dəyişikliklər olmayacaq.
Qız - işgüzar aktivliyiniz çox yüksək olmalıdır. Yaranan maneələr və sədləri dəf edərək qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın.
Müttəfiqlərlə danışıqlar, həmfikir axtarışları üçün əlverişli zamandır. Maraqlarınızı və həyata baxışlarınızı paylaşan insanlar ətrafınıza toplaşacaq.
Köhnə əlaqələrdən biri günün ikinci yarısında bərpa oluna bilər. Hisslərinizin hələ də güclü olduğunu anlayacaqsınız. Səhhətinizin qayğısına qalın. Ailə üzvlərinizin və yaxınlarınızın maraqlarını unutmayın.
Tərəzi - şəxsi həyatınızda önəmli dəyişikliklər və yeniliklər ola bilər. Sizə yaxın insanın demək istədiyini dərhal anlamağa çalışın. Onun planları var. Yeni tanışlıq, işgüzar tərəfdaşlığa başlamaq üçün əlverişli gündür.
Hisslərinizi anlayın. Son vaxtlar sizi narahat edən sualların çoxuna təhtəlşüurunuz cavab verəcək.
İşdə həmkarlarla fikir ayrılığı, rəhbərliklə mübahisə istisna deyil. İstənilən qəfil situasiyaya çox emosional reaksiya verməyin. Xırdalıqlar sizi təşvişə salmasın.
Soyuqqanlı və təmkinli olmağa çalışın. Belədə sədləri asanlıqla dəf edəcəksiniz.
Əqrəb - harmonik və xoş ünsiyyət günüdür. Yaşam potensialı səviyyəsi bir qədər aşağıdır. Buna görə də fiziki yükü ehtiva edən istənilən fəaliyyətdə ifrata varmayın.
Günün ikinci yarısında harmonik çalışmağa can atın.
Ötənlərdəki hadisələrə maraq artacaq.
Səfər və ya səyahətə yollanmaq olar. Yeni təəssüratlar xoşdur. Fəqət, uzun və yorucu səfər arzuolunmazdır.
Axşam saatlarında sükan arxasında olmayın.
Oxatan - maraqlı planlar və orijinal ideyalarınız varmı? Varsa, sevinin. Həmin ideyaları reallaşdırmaq vaxtı çatıb.
Uğurunuz qətiyyətinizdən asılıdır. Dərhal olmasa da, nüfuzlu tanışlardan biri sizi dəstəkləyə bilər. O, bacarıq və işgüzar məziyyətlərinizi dəyərləndirəcək.
Günün ikinci yarısı qohumlarla ünsiyyət, əmlak və maliyyə məsələlərinin çözümü üçün münasibdir. Qəflətən gəlir əldə edə bilərsiniz.
Axşam saatlarında romantik münasibətlər istisna deyil.
Oğlaq - işdə uğur vəd edən gündür. Önəmli məsələlərdə irəliləyiş olacaq. Mühüm təfərrüatları nəzərdən qaçırmayaraq eyni vaxtda bir neçə problemi həll edə bilərsiniz. Səfər və ezamiyyət üçün sərfəli zamandır.
Yeni işə düzəlməklə bağlı axtarışlara, danışıqlara başlamaq olar.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların sizdən gözləmədiyi addımlar ata bilərsiniz. Qeyri-standart, yaradıcı yanaşma tələb edən işlərdə uğur şansı var.
Şəxsi həyatınızda müsbət təmayüllərin ərəfəsindir.
Dolça - peşəkar fəaliyyət sahəsində yaranan məsələlərin öhdəsindən uğurla gələcəksiniz. Lakin müsbət təmayüllər şəxsi münasibətlərinizə sirayət etməyəcək.
Sevdiyiniz insanla ixtilaf yarana bilər. Kompromis əldə etmək mümkünsüz təsir bağışlasa da, güzəştə gedən tərəf siz olun.
Hadisələri tələsdirməyin. Yeni şərtlər formalaşır. Məqsədinizə çatmağa imkan verəcək xəbər alacaqsınız.
Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir. Bədxərclik etməyin.
Uzaq perspektivlərlə bağlı ciddi planlar qurmaq olar. Situasiyanı nəzərə alın, durumun mənfi və müsbət yönlərini təhlil edin.
Balıqlar - soyuqqanlı, diqqətli olun. Situasiyanın müsbət və mənfi yönlərini dəqiq hesablayın. İstənilən səviyyəli problemi həll etmək üçün əlverişli zamandır. Sizə mane ola biləcək yeganə amil öz tənbəllik və ətalətiniz ola bilər. "Daxili düşmən"in öhdəsindən gəlsəniz, situasiya sürətlə dəyişə bilər.
Yeni, məhsuldar əməkdaşlıq başlana bilər. Yaşamınızda əhəmiyyətli dəyişiklik və yeniliklərə təkan verəcək insanla görüş mümkündür.
Hisslərə qapılmayın, emosiyaların əsiri olmayın. (Milli.Az)
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı