Dünya
Rusiya rəsmən açıqladı: Bu tarixdə Avropa ilə müharibə başlayacaq
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko NATO ölkələrinin Moskva ilə hərbi qarşıdurmaya həqiqi hazırlıqlar gördüyünü bildirib.
Publika.az xəbər verir ki, Qruşko qeyd edib ki, Şimali Atlantika Alyansı və Avropa Birliyinin əsas məqsədi Rusiyanın strateji məğlubiyyətinə nail olmaqdır.
“Əlbəttə ki, biz onların əslində 2030-cu ildə Rusiya ilə hərbi toqquşmaya hazırlaşdıqlarını güman edirik”, - Aleksandr Qruşko deyib.
Bundan əlavə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, strateji muxtariyyət adı altında Avropa ölkələrinin hərbi imkanlarının gücləndirilməsi qlobal təhlükəsizliyə ciddi risklər yaradır.
Nazirin sözlərinə görə, Finlandiya və İsveçin NATO-ya qoşulması şərqə doğru genişlənmənin davam etməsinin sübutudur. O əlavə edib ki, Kiyev ABŞ-dan və ittifaqdan asılı olmayaraq Avropa silahlı qüvvələrinin "vurucu qüvvəsi" kimi qəbul edilir.
Müəllif: Tural
-
Yaxın Şərq11:57SEPAH İsraili hədələdi: 2000-ci ildəki kimi olacaq
-
MDB11:32Rusiya bazarını balıqla bu üç ölkə doldurur - Azərbaycan da var
-
Sosial11:12Virtual təhlükə: Kiberbulinq, asılılıq və diqqət problemi gələcəyimizi necə məhv edir?
-
Dünya11:00Rusiya rəsmən açıqladı: Bu tarixdə Avropa ilə müharibə başlayacaq
-
Sosial10:24Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar - FOTO
-
MDB09:48Lukaşenkonun “qarpız batalyonu": Belarus lideri 22 yaşlı modellə eşq yaşayır? - FOTO
-
Sosial08:57Partlayış səsləri eşidiləcək - Təşvişə düşməyin!
-
Nəqliyyat07:35Bakı sakinlərinə sevindirici xəbər - Video














.jpg)



.jpg)















