Dünya
Bu yaraşıqlı mer özünün oğurlanmasını təşkil etdi: Məqsədi nə olub?
Meksikada korrupsiya qalmaqalı başlayıb: Tenancinqo meri Nensi Napoles təxminən 2 milyon dollar dövlət vəsaitini mənimsəmək məqsədilə özünün girov götürülməsini təşkil etməkdə şübhəli bilinir.
Publika.az xəbər verir ki, bu abrədə “CBS News” məlumat yayıb.
Yerli prokurorluğun məlumatına görə, istintaq artıq həbs olunmuş və "adam oğruları" kimi müəyyən edilmiş üç şəxsin ifadəsindən sonra başlayıb. Müstəntiqlər iddia edirlər ki, silahlı şəxslər Napolsi avtomobilindən zorla çıxarıblar və sonra onu və ailəsini hədələyərək 40 milyon peso (təxminən 2,3 milyon dollar) məbləğində pul tələb ediblər.
Lakin müstəntiqlərin sözlərinə görə, ətrafdakı bir şəxs iddia edilən adam oğurluğunun şahidi olub polisə xəbər verdikdən sonra plan pozulub. Bu, iştirakçıları hərəkətlərini dəyişməyə məcbur edib və nəticədə iddia edilən sxemin üstü açılıb.
Prokurorluq iddia edir ki, istintaq ifadələrdə və hadisələrin versiyalarında uyğunsuzluqlar aşkar edib. Müstəntiqlər hesab edirlər ki, səhnələşdirmənin arxasında merin əri və kürəkəni dayana bilər, sxemin məqsədi ödənişi görüntüsü yaratmaqla büdcədən artıq oğurlanmış vəsaitləri “yumaq” olub.
Prezident Klaudiya Şeynbaumun hakim “Morena” partiyasını təmsil edən Nensi Napoles haqqında hazırda heç bir həbs qərarı verilməyib. Lakin onun əri və kürəkəni axtarışdadır.
Napolesin özü ittihamları rədd edir və həqiqəti üzə çıxarmaq və məsul şəxsləri ədalət mühakiməsinə cəlb etmək üçün istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirir. Sosial mediada yayımlanan video müraciətində o, işi "siyasi motivli" adlandırıb.
Müəllif: Tural
-
Sosial10:24Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar - FOTO
-
MDB09:48Lukaşenkonun “qarpız batalyonu": Belarus lideri 22 yaşlı modellə eşq yaşayır? - FOTO
-
Sosial08:57Partlayış səsləri eşidiləcək - Təşvişə düşməyin!
-
Nəqliyyat07:35Bakı sakinlərinə sevindirici xəbər - Video
-
Hadisə03:19Üstündən avtobus keçən qadının nəvəsi danışdı - Video
-
Qoroskop01:38Günün ulduz falı: diqqət mərkəzində olacaqsız
-
Avropa21 İyun 22:58Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq
-
İdman21 İyun 21:40Rəsmən təsdiqləndi: Ronaldo bu klubun sahibi oldu

































