Qoroskop
İlin ən şanslı dövrü başlayır: 12 iyuna qədər bu 5 bürcün taleyi dəyişəcək
Astrologiya dünyası ilin ən şanslı və düşərli dövrlərindən birinə şahidlik edir. Tanınmış astroloq Evan Nathaniel Qrimin açıqlamalarına görə, sevgi və maliyyə planeti Venera ilə böyümə və uğuru təmsil edən Yupiterin möhtəşəm birləşməsi bəzi bürclər üçün görünməmiş imkanlar qapısı açır.
Publika.az xəbər verir ki, bu birləşmə bu gün baş verəcək.
Astroloq bildirib ki, bu sehrli enerjidən maksimum yararlanacaq 5 xüsusi bürc var və onlar üçün 12 iyuna qədər olan dövr ilin ən uğurlu zamanı ola bilər.
Taleyi müsbətə doğru dəyişəcək bürcləri təqdim edirik:
Xərçəng. Hazırda bürcünüzdə birləşən Venera və Yupiter sayəsində özünəinamınız zirvədədir. Ətrafınızdakı insanların diqqət mərkəzindəsiniz və şəxsi cəlbediciliyiniz artıb. Həyatınızda mühüm dönüş nöqtələri və taleyüklü hadisələr yaşana bilər. Şans sizdən yana olsa da, həddindən artıq riskli addımlardan və lazımsız xərclərdən uzaq durmağa çalışın.
Tərəzi. Sizin hakim planetiniz olan Veneranın Yupiterlə müsbət əlaqəsi məhz karyera evinizdə baş verir. Bu o deməkdir ki, uzun müddətdir göstərdiyiniz zəhmətin bəhrəsini vermə vaxtıdır. 12 iyuna qədər işdə yüksəliş, rəhbərlikdən böyük təriflər və ya uzun müddətdir xəyalını qurduğunuz o iş təklifi qapınızı döyə bilər.
Oğlaq. Bu güclü planetar birləşmə sizin evlilik və tərəfdaşlıq sahənizi tamamilə aktivləşdirir. Uzun müddətdir emosional olaraq özünə qapanan Oğlaqlar nəhayət “məni həqiqətən xoşbəxt edəcək insan varmı?” sualına real cavab tapacaqlar. Ayın sonuna qədər həyatınıza tamamilə xüsusi və gələcəyinizi bölüşəcəyiniz biri daxil ola bilər.
Qoç. Sizin üçün ailə və ev həyatında uzun müddətdir gözlənilən sakitləşmə və hüzur dövrü başlayır. Son aylarda sizi yoran, enerjinizi tükədən ailədaxili proseslər artıq geridə qalır. İndi yaxınlarınızdan daha çox diqqət, sevgi və qayğı görəcəyiniz bir mərhələdir. Evinizdə tam bir harmoniya hakim olacaq.
Balıqlar. Onlar üçün yaradıcılığın zirvə nöqtəsidir. Sizin üçün kifayət qədər çətin və yorucu keçən dövr artıq tarixə qovuşur. Hazırda üzərində işlədiyiniz və ya planlaşdırdığınız layihələr karyeranızın ən uğurlu işlərinə çevrilə bilər. İtmiş ilhamınız böyük bir güclə geri qayıdır və bu sizə həm mənəvi, həm də maddi uğur gətirəcək.
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama








.jpg)
























