Qoroskop
Astroloji proqnoz - 09 fevral
QOÇ - Fəaliyyət dairənizi genişləndirmək üçün durmadan işə başlayın. Nəzərə alın ki, bu addım karyeranız üçün böyük əhəmiyyət daşıya bilər. Bu gün qazanmaq ehtimalınız böyükdür.
BUĞA - Səhər saatlarını gərgin şəraitdə keçirsəniz də, özünüzü təmkinli aparmaqla gözlənilən xoşagəlməzliyi dəf edə biləcəksiniz. Nahardan sonra isə sevindirici hadisələrin şahidi olacaqsınız.
ƏKİZLƏR - Astroloji göstəricilər ümumi ovqatınızın yüksək olacağını bildirir. Maraqlı insanlarla rastlaşma ehtimalınız da böyükdür. Ulduzlar ziyarətə getməyi məsləhət görsə də, uzaq yola çıxmaq olmaz.
XƏRÇƏNG - Göy qübbəsi pulla bağlı məsələlərdə ehtiyatlı olmağı tövsiyə edir. Bir qədər qənaətcil olmağınız vacibdir. Kiməsə borc vermək və ya maliyyə sövdələşmələrinə girişmək yolverilməzdir.
ŞİR - Kifayət qədər uğurlu bir gün yaşayacaqsınız. İştirakçısı olduğunuz hər bir proses yalnız zövqünüzlə uyğunluq təşkil edəcək. Özünüzə inamı artırmaqla uğurları yaxınlaşdırın.
QIZ - Qarşılıqlı münasibətlərdə güzəştli mövqe seçin. Risk tələb edən işlərə isə girişməyin. Yaxşı olar ki, soyuq və spirtli içkilərdən, duzlu qidalardan mümkün qədər uzaq olasınız.
TƏRƏZİ - Səhhətinizlə bağlı nasazlığı nəzərə alıb hansısa qeyri-adi və yeni işlərə başlamayın. Yaxşısı budur ki, əsas vaxtınızı mənzil şəraitində keçirəsiniz. Axşama yaxınsa qonaq getmək olar.
ƏQRƏB - Həftənin ən uğurlu gününü yaşayacaqsınız. Bir tərəfdən ailə-sevgi münasibətlərində, digər tərəfdənsə işgüzar sövdələşmələrdə vəziyyət xeyrinizə cərəyan edəcək. Səfər də mümkündür.
OXATAN - Əsas enerjinizi sevgi amilinə yönəldin. Çalışın ki, hər bir kəlmənizdə, hər bir ifadənizdə özünüzə qarşı rəğbət oyadasınız. İndiki sərt cəmiyyətdə kiminsə qəlbinə dəymək savab iş deyil.
OĞLAQ - Ümumi çalarlarına görə gərgin gün olsa da, özünüzü ələ almağı bacarmalısınız. Çünki qarşınızda duran perspektivlərə yetişmək üçün hansısa dedi-qoduya əhəmiyyət verməməlisiniz.
SUTÖKƏN - Həddindən ziyadə uğurlu təqvimdir. Ələlxüsus da saat 12-16 arası bəxtiniz gətirə bilər. Həmkarlarınızla aranızda yaranmış soyuqluq səngiməyə başlayacaq. Hətta varlanmaq ehtimalınız da var.
BALIQLAR - Hiss olunur ki, sizi sevməyənlər artmaqdadır. Lakin ruh düşkünlüyünə mübtəla olmaqdansa, deyildiyi kimi olmadığınızı sübut etməlisiniz. Bu gün maraqlı görüşlərdə iştirakınız gözlənilir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu