Qoroskop
Bu həftənin ən şanslı 5 bürcü - Onları nələr gözləyir?
5-12 oktyabr həftəsi bəzi bürclər üçün yeni başlanğıclar, karyera imkanları və sevgi həyatında mühüm dəyişikliklərlə yadda qalacaq. 10 oktyabrda Tərəzi bürcündə baş verəcək Yeni Ay münasibətlər, tərəfdaşlıqlar, sosial çevrə və yeni başlanğıcları ön plana çıxaracaq.
Publika.az həftənin ən şanslı 5 bürcünü təqdim edir:
Tərəzi
Tərəzilər üçün həftə yeni səhifə açmaq baxımından əlverişlidir. Münasibətlər, şəxsi hədəflər və gələcəklə bağlı mühüm qərarlar gündəmə gələ bilər. Yeni iş, münasibət və ya həyat tərzində dəyişiklik üçün fürsətlər yarana bilər.
Şans sahəsi: Yeni başlanğıclar və münasibətlər.
Əqrəb
Əqrəblərin gündəmində pul və karyera olacaq. Keçmişdə yarımçıq qalan münasibət və maddi məsələlər yenidən ortaya çıxa bilər. Eyni zamanda daha əvvəl əldən çıxan bir fürsətin yenidən qarşıya çıxması mümkündür.
Şans sahəsi: Karyera və maddi məsələlər.
Oxatan
Oxatanları sosial həyat, eşq və gələcək planları ilə bağlı sürprizlər gözləyir. Gözlənilməz xəbər almaq və ya uzun müddətdir görüşmədikləri biri ilə yenidən əlaqə qurmaq mümkündür. Keçmişi dəyərləndirmək və istəkləri dəqiqləşdirmək vacib olacaq.
Şans sahəsi: Eşq və sosial həyat.
Əkizlər
Əkizlər üçün həftənin əsas mövzuları karyera və ünsiyyətdir. Yeni iş təklifi, görüş və ya iş əlaqəsi gündəmə gələ bilər. Lakin fürsətləri dəyərləndirərkən tələsik qərar verməmək və detallara diqqət etmək lazımdır.
Şans sahəsi: Karyera və ünsiyyət.
Şir
Şirlər bu həftə özlərini daha güclü və diqqətçəkən hiss edə bilərlər. Karyerada uğur qazanmaq, görülən işlərin qarşılığını almaq və yeni hədəflər müəyyənləşdirmək üçün əlverişli dövrdür. Yaradıcılıq tələb edən yeni layihə və ya iş fürsəti də ortaya çıxa bilər.
Şans sahəsi: Karyera və uğur.
Müəllif: Roza
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq








.jpg)

























