Bu tarixdən 5 bürcün həyatında böyük dəyişikliklər olacaq
Bizi izləyin

Qoroskop

Bu tarixdən 5 bürcün həyatında böyük dəyişikliklər olacaq

Bu tarixdən 5 bürcün həyatında böyük dəyişikliklər olacaq

Astrologiyaya görə, noyabr ayında bəzi bürclərin həyatında maliyyə baxımından əhəmiyyətli dönüş yaşana bilər. Əsasən də beş bürc üçün maddi bolluq, yeni imkanlar və uğurlu dəyişikliklər proqnozlaşdırılır.

Publika.az həmin bürcləri təqdim edir:

Buğa

Buğaları uzun müddətdir göstərdikləri zəhmətin bəhrəsini görəcəkləri dövr gözləyir. Onlar mühüm uğura imza ataraq maddi çətinlikləri geridə qoya bilərlər. İnvestisiyalardan gəlir əldə etmək, yaxud daha yüksək maaşlı iş təklifi almaq ehtimalı var. Maddi vəziyyətdə ciddi yaxşılaşma gözlənilir.

Tərəzi

Tərəzilər üçün uzunmüddətli maddi sabitliyin təməli qoyulur. Noyabrın 9-da Əqrəb bürcündə baş verəcək Yeni Ay onlar üçün bolluq dövrünün başlanğıcı ola bilər. Noyabrın 14-də Veneranın düz hərəkətə başlaması isə yeni fürsətlərdən yararlanmağa şərait yaradacaq. Ətrafdakı insanların dəstəyi və qurulacaq yeni işgüzar əlaqələr Tərəzilərin arzularına çatmasına kömək edə bilər.

Oğlaq

Oğlaqların maddi uğuru əsasən keçmişdə qurduqları əlaqələrlə bağlı olacaq. Köhnə iş yoldaşları və ya biznes tərəfdaşlarından gələn təkliflər yeni qazanc qapıları aça bilər. Bu dövrdə özlərini göstərməkdən çəkinməməli, işgüzar əlaqələrini genişləndirməlidirlər. Zəhmətlərinin qarşılığını almaq üçün aktiv olmaq vacibdir.

Xərçəng

Xərçənglər üçün yarımçıq qalmış maliyyə məsələlərinin həlli gündəmə gəlir. Vaxtilə borc verdikləri pulların qaytarılması və maddi vəziyyətlərinin yaxşılaşması mümkündür. Bununla yanaşı, qazandıqları vəsaiti düzgün idarə etmələri vacibdir. Astroloqlar onlara köhnə maliyyə vərdişlərindən uzaq durmağı, daha düşünülmüş və strateji addımlar atmağı tövsiyə edirlər.

Qoç

Qoçlar üçün sevdikləri işdən qazanc əldə etmək imkanı yaranır. Xüsusilə yaradıcılıq və şəxsi layihələr gözləniləndən daha böyük gəlir gətirə bilər. Bu dövrdə diqqət mərkəzində olmaqdan çəkinməməli, bacarıqlarını nümayiş etdirməlidirlər. Nüfuzlu insanların dəstəyi və düzgün əməkdaşlıqlar onların uğurunu daha da artıra bilər.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm