Qoroskop
Astroloji proqnoz - 19 mart
QOÇ - Maraqlı hadisələrlə rastlaşacağınız gözlənilir. Hətta könülaçan məclislərdə də iştirak edə bilərsiniz. Yeni iş üslubuna keçmək barədə bayramqabağı bir daha götür-qoy edin.
BUĞA - Böyük dəyişikliklər astanasındasınız. Ulduzlar sürpriz dolu məqamlar yaşayacağınıza imkan verəcək. Amma belə anlarda kiməsə yalan satmaq, hiyləgərlik etmək yolverilməzdir.
ƏKİZLƏR - Neçə gündən bəri başladığınız işgüzar fəaliyyətinizi bu təqvimdə də davam etdirməlisiniz. İşlə bağlı qarşınızı kəsən bütün maneələri dəf etməyə çalışın. Kənar təsirlərə aludə olmayın.
XƏRÇƏNG - Aktiv gündür. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Tərəddüd etdiyiniz məsələlərdə mütləq məsləhət alın. Nahardan sonra sevindirici hadisələr gözlənilir.
ŞİR - Maliyyə məsələləri ilə bağlı əlverişli gün olsa da, çox güman ki, mübahisəsiz keçinməyəcəksiniz. Ədalətli qərarlara hörmətlə yanaşın. Nahardan sonra səfərə çıxmağa dəyər.
QIZ - Ümumi əhvalınız qənaətbəxş olsa da, iş yerində çətinliyiniz olacaq. Bu səbəbdən üzərinizə düşən vəzifələrin məsuliyyətini hiss etməlisiniz. Axşam uzaq yola çıxmağa dəyər.
TƏRƏZİ - Həddindən ziyadə uğurlu gündür. Ovqatınız xoş, maddi durumunuz isə qənaətbəxş olacaq. Odur ki, bu istiqamətdə aktivliyinizi artırmalısınız. Ailə problemlərinə biganə yanaşmayın.
ƏQRƏB - Şəxsi büdcənizdə irəliləyişə nail olmaq üçün gözəl şanslarınız var. Uzun müddət ala bilmədiyiniz borclarınızı və ya haqqınızı almaqda ulduzlar sizə kömək göstərəcək. Axşamı evdə keçirin.
OXATAN - Olduqca müəmmalı gündür. Ətrafınızda cərəyan edən proseslərdən baş çıxara bilməyəcəksiniz. Bu səbəbdən də hər hansı addımı atmazdan qabaq ehtiyat tədbirlərinizi artırmalısınız.
OĞLAQ - Müəyyən məziyyətlərinə görə uğurlu gün hesab etmək olar. Ailə-sevgi münasibətlərindən tutmuş iş prinsipinə qədər rastlaşdığınız olaylar yalnız xeyirli olacaq. Özünüzü bədbinləşdirməyin.
SUTÖKƏN - Göy qübbəsinin qənaətlərinə görə, yavaş-yavaş həyatın nəbzini tutmağa başlamısınız. Daxili sarsıntılarınız da səngiməkdədir. Gününüzü daha maraqlı etmək üçün qonaq getməyə çalışın.
BALIQLAR - Son vaxtlar özünüzə qapılmağınız heç də ulduzların xoşuna gəlmir. Çünki bu kimi hallar insanın ümidini qırır. Nahardan sonra qonaq gedin ki, fikriniz dağılsın. Pul da gözlənilir.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO