Qoroskop
Astroloji proqnoz - 7 aprel
QOÇ – Yaxşı olar ki, son bir həftədə yığdığınız yorğunluğu məhz bu təqvimdə əridəsiniz. Yoxsa səhhətinizdə ciddi fəsadlar baş qaldıra bilər. İş istiqamətində dönüş yaratmağınız vacibdir.
BUĞA - Ulduzların düzülüşü yalnız ailə üzvlərinizlə rahatlıq tapacağınızı bəyan edir. Digər ünvanlarda, ələlxüsus da həmkarlarınızla davranışlarda hər şey tərsinə cərəyan edə bilər.
ƏKİZLƏR - Perspektivlərinizi reallaşdırmaq üçün müəyyən xərcə düşməkdən qorxmayın. Çünki bu barədə düşündükləriniz gerçəkləşsə, özünüzü xoşbəxt sanacaqsınız. Ümidli olun.
XƏRÇƏNG – Qarşılaşdığınız hər bir hadisəyə soyuq başla yanaşın. Çünki hər hansı emosional reaksiyanız bütün planları poza bilər. Bu gün enerjiniz bol olduğundan heç nədən çəkinməyin.
ŞİR - Astroloji göstəricilər qətiyyən darıxmayacağınızdan xəbər verir. Çünki sevdiyiniz insanların əksəriyyəti ətrafınızda olacaq. Keçmişdə olan xoşagəlməzlikləri tez-tez xatırlamayın.
QIZ - Bu gün qeyri-adi hansısa hadisə baş verməyəcək. Yaxşı olar ki, dincələsiniz. İnsanlarla davranışlarınızda və fəaliyyətinizdə yeni nüanslar əmələ gələcək. Qonaqlıq da mümkündür.
TƏRƏZİ - Qarşınıza təzadlı bir gün çıxsa da, hadisələrin inkişafı boyu öz aktivliyinizi artırmalısınız. Reallığı qiymətləndirməyə çalışın. Saat 15-dən sonra qazanmaq ehtimalınız böyükdür.
ƏQRƏB - Nəhayət ki, sizin dövranınız da gəlib çatdı. Bütün Göy qübbəsi müdafiənizə qalxdığından qarşınıza qoyduğunuz hər bir ədalətli iş xoş sonluqla qurtaracaq. Səfərə çıxmağa dəyər.
OXATAN - Ulduzlar məsləhət görür ki, bu gün aldığınız bütün dəvətləri təxirə salıb dincəlməklə məşğul olasınız. Əks təqdirdə ailə üzvlərinizlə aranızda xoşagəlməzliklər baş qaldıra bilər.
OĞLAQ - Ümumi yorğunluğunuzu nəzərə alıb maraqlı guşələrdə istirahətə can atın. Məhz bu addımınız ümumi narahatlığınıza son qoya bilər. Nahardan sonra yeni xəbərlər eşidəcəksiniz.
SUTÖKƏN - Hər mənada düşərli ərəfədir. Vaxtilə buraxdığınız səhvlərdən, eləcə də sizə qarşı törədilən haqsızlıqlardan bir daha nəticə çıxarın. Günün uğurları sizdən yan keçməyəcək.
BALIQLAR - Ulduzların düzümü bu təqvimdə bəzi problemlərlə baş-başa qalacağınızı bəyan edir. Amma təmkin göstərməklə sabit vəziyyət yaşaya bilərsiniz. Tələbkarlığınızı zorakı müstəviyə keçirməyin.
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO