Qoroskop
Astroloji proqnoz - 13 may
QOÇ – Gələcək perspektivlərlə bağlı apardığınız bütün sövdələşmələriniz uğurlu olacaq. Odur ki, istənilən görüşdən imtina etməməlisiniz. Bu təqvim alqı-satqı üçün də düşərli ola bilər.
BUĞA – Gücünüzü potensialınızın inkişafına yönəldin. Hər bir məsələdə mövqeyinizi açıq göstərməyə çalışın. Həlledici məqamlarda tərəddüd etmək və ya qapalı olmaq ziyanlıdır.
ƏKİZLƏR – Öz düşüncənizin mütləq doğru olduğunu zənn etməyin. Sizin kimi insanlar üçün kənar məsləhətlər əksər hallarda effekt verir. Bunu anlayın ki, nicat tapasınız. Bu gün qazanmaq ehtimalınız yüksəkdir.
XƏRÇƏNG - Məsləhət görərdik ki, zehni işlərinizi azaldıb daha çox dincələsiniz. Fəaliyyətə isə ümumiyyətlə ara verin. Günün ikinci yarısını ailə-sevgi münasibətlərinə həsr edin.
ŞİR - Başqalarının adınızdan istifadə etməsinə imkan verməyin. Çalışın ki, öz işinizə özünüz qərar verəsiniz. Səhhətinizə fikir verməyi tövsiyə edən ulduzlar varlanacağınızı da bildirir. Amma səfərə çıxmayın.
QIZ - Büdcənizdə artım etmək üçün imkan qazana bilərsiniz. Bu səbəbdən də alacağınız əmanətləri əldə etmək üçün ciddi addımlar atmalısınsz. Bu gün "çağrılmamış qonaq" rolunda çıxış etməyin.
TƏRƏZİ - Yaxşı bir gün yaşayacaqsınız. İlahi qaydaları pozmadığınız təqdirdə bütün proseslərdən qazancla çıxacaqsınız. Bir qədər fəlsəfə və psixologiyaya vaqif olun ki, rəğbət qazanasınız.
ƏQRƏB - Maraqlı görüşləriniz gözlənilir. Ola bilsin ki, həsrətində olduğunuz şəxslərlə rastlaşasınız. Saat 14-17 arası yeni işlərlə bağlı səmərəli sövdələşmələriniz də mümkündür.
OXATAN - Əgər səhhətiniz qaydasındadırsa, başqa məsələlərdə nigarançılıq çəkməyəcəksiniz. Nahar ərəfəsində aldığınız dəvətlərdən imtina etməyə çalışın. Qiymətli əşyalarınızı bərk-bərk qoruyun.
OĞLAQ - Maddi rifahınız normal olsa da, münasibətlər zəminində müəyyən sıxıntılarla üzləşə bilərsiniz. Bu isə son vaxtlar güzəştə getməməyinizdən doğur. Nahardan sonra mənəvi istirahətə yer verin.
SUTÖKƏN - Göy qübbəsi süstlük içində olduğunuzu göstərir. Amma ümidsizləşməməli, həyata daha nikbin nəzərlərlə baxmalısınız. Kollektiv şəkildə mənəvi istirahət etmək istəyirsinizsə, tələsin.
BALIQLAR - Adətən ilin bu ərəfəsində Ay sizin bürcdə olanda mütləq səhhətlə bağlı problemlə üzləşirsiniz. Bunu nəzərə alıb qeyri-ənənəvi işlərdən uzaq olun. Yalnız səfərə çıxmaq uğurludur.
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO