Qoroskop
Astroloji proqnoz - 29 iyun
QOÇ - Ulduzların düzümü şəxsi büdcənizdə artım olacağını bəyan edir. Bu istiqamətdə bütün səylərinizi birləşdirməlisiniz. Nahardan sonra isə səhhətinizə bir qədər diqqət ayırın.
BUĞA - Əgər uzaq səfərə çıxmaq planınız varsa, onu təxirə salmayın. Maliyyə çətinliyiniz olsa belə, borc götürüb yola çıxın. Çünki bu addımı atmaqla gələcək uğurlarınıza təkan verəcəksiniz.
ƏKİZLƏR - Təəssüf ki, Göy qübbəsi gərgin bir gün yaşamaq ehtimalınızdan xəbər verir. Bu amili nəzərə alıb hər addımda ayıq-sayıqlığınızı artırmalısınız. Haqlı olsanız da, mübahisələrə girişməyin.
XƏRÇƏNG - İşgüzar danışıqlarda iştirak etmək üçün sərfəli vaxtdır. Bütün müsahibləriniz sizinlə razılaşacaq. Amma gərək siz də reallıqdan yararlanasınız. Kimisə aldatmaq fikrinə düşməyin.
ŞİR - Ünsiyyətdə olduğunuz insanlarla mübahisələr, o cümlədən işlə bağlı uğursuzluqlar sizi yora bilər. Bir az dincəlməyə çalışın. Pulla bağlı problemlərə görə özünüzü çox da üzməyin.
QIZ - Astroloji göstəricilər bu təqvimin sizin üçün o qədər də rahat keçməyəcəyini bəyan edir. Səhhətinizlə bağlı problemlər və bəzi cəhdlərinizin boşa çıxması ovqatınızı aşağı sala bilər.
TƏRƏZİ - Sinoptiklərlə heç də həmişə razılaşmayan ulduzlar bu təqvimin mülayim keçəcəyini bəyan edir. Odur ki, planlarınızı təxirə salmayın. Amma daxili orqanlarınıza nəzarəti də artırın.
ƏQRƏB - Yalnız ikitərəfli əməkdaşlıq və sövdələşmələrdə müəyyən uğurlara yiyələnə bilərsiniz. Qalan məsələlərdə isə risk etməyə dəyməz. Hər bir söhbətdə təşəbbüskarlığı əldə saxlayın.
OXATAN - Maraqlı görüşlər yolunuzu gözləyir. Qarşıdakı həftədə atacağınız addımları reallaşdırmaq üçün bu təqvimdən maksimum bəhrələnməlisiniz. Sevgi məsələlərində isə daha səmimi olun.
OĞLAQ - Şəxsi büdcənizdə müəyyən çətinlikləriniz olsa da, gün ərzində rastlaşdığınız hadisələr əhval-ruhiyyənizi yüksəldəcək. Çalışın ki, qətiyyətsiz hərəkətlərinizə son qoyasınız.
SUTÖKƏN - Saat 12-yə qədər ümumi əhvalınız aşağı səviyyədə olsa da, sonrakı müddətdə vəziyyət xeyrinizə olacaq. Boş və mənasız şeylərə görə çılğınlıq etməyiniz əbəsdir. Təmkinli olmağa çalışın.
BALIQLAR - Durumunuzdan bəlli olur ki, məqsədlərinizi reallaşdırmaqda sizə qarşı maneələr çoxdur. Amma narahat olmağa dəyməz. Çünki enerji və gücünüz sizi qələbəyə yaxınlaşdıracaq.
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək