BMT-dən ABŞ və İsrailə ZƏRBƏ
Bizi izləyin

Region

BMT-dən ABŞ və İsrailə ZƏRBƏ

BMT-nin Baş Assambleyasında Qəzza sektorunda İsrailin hərəkətlərini ittiham edən və Fələstin əhalisinin müdafiəsi üzrə tədbirlərə çağıran qətnamə ABŞ-a zərbə oldu.

Publika.az xəbər verir ki, bu haqda Fələstinin Xarici İşlər Nazirliyinin başçısı Riyad əl-Maliki bildirib.

“Qətnamənin qəbulu və ABŞ-ın təklif etdiyi düzəlişlərin rədd edilməsi ona zərbədir. Bu, Fələstin diplomatiyası və ona kömək edən azad ölkələrin müvəffəqiyyətidir. Vaşinqton özü-özünü təcrid etdi”, - nazir söyləyib.

Qeyd edək ki, bu gün Türkiyənin fəal təşəbbüslərindən sonra Əlcəzairin də dəstəyilə Fələstinlə əlaqəli qətnamə layihəsini müzakirə etmək üçün BMT-nin Baş Assambleyasının xüsusi iclası keçirilib. İclasda Fələstin xalqının müdafiəsini tələb edən qərar qəbul edilib. Sənədə 120 ölkə səs verib, 8 dövlət onun əleyhinə çıxıb. Bundan əlavə, 45 ölkə səsvermədə bitərəf qalıb.

Qətnamə layihəsi daha əvvəl ABŞ-ın vetosuna görə BMT-nin Təhlükəsizlik Şurasından keçməyən sənəddəki fikirləri təkrarlayırdı. Sənəddə İsrailin həddən artıq gücdən istifadəsi haqqında təəssüf ifadə edilir, həmçinin İsrailin belə hərəkətlərdən çəkinməsi, atəşin dayandırılması və Fələstinin mülki əhalisinin müdafiəsinin təminatı üzrə tədbirlərin müzakirəsinə dair çağırışlar yer almışdı.

İclasın gedişatında ABŞ Fələstinin “Həmas” təşkilatının qınanmasını nəzərdə tutan düzəlişlərin qətnaməyə daxil edilməsini təklif edib. Lakin düzəlişlər ölkələrin yetərli dəstəyini qazana bilməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm