Türkiyə ilk “F-35”ləri bu tarixdə alacaq
Bizi izləyin

Region

Türkiyə ilk “F-35”ləri bu tarixdə alacaq

ABŞ Senatının Türkiyəyə “F-35” qırıcılarını bloklayan qanun layihəsini qəbul etməsinə baxmayaraq, iyunun 21-də iki ədəd “F-35” Texas ştatında keçiriləcək bir mərasimlə Türkiyəyə təslim edəcək.

Publika.az xəbər verir ki, bu haqdaTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli NTV telekanalına bildirib.

Mərasim Texas ştatının Fort-Uert şəhərində keçirilməlidir.

Qeyd edək ki, Türkiyə ABŞ-dan ümumilikdə 100 ədəd “F-35” beşinci nəsil qırıcı-bombardmançı almaq istəyir. Lakin iyunun 19-da ABŞ Senatında Müdafiə Nazirliyinin (Pentaqon) “Milli Müdafiə Səlahiyyəti Qanunu” adlı qanun layihəsi qəbul edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib ki, ABŞ Senatının “F-35” təyyarələrinin istehsalı proqramında Türkiyənin iştirakını dayandırmasına alternativsiz qalmayacaq.

“Hadisələr çox uğursuz inkişaf edir. Ancaq Türkiyə alternativsiz qalmayacaq. ABŞ Senatı tərəfindən qəbul edilən qərar təəssüf hissi yaratmaqla yanaşı, həm də strateji tərəfdaşlıqla ziddiyyət təşkil edir”, - deyə Binəli Yıldırım vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm