Türkiyədə bu tarixdə fövqəladə vəziyyət rejimi bitəcək
Bizi izləyin

Region

Türkiyədə bu tarixdə fövqəladə vəziyyət rejimi bitəcək

Türkiyədə fövqəladə vəziyyət rejimi iyulun 18-da bitəcək.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

Ancaq, onun sözlərinə görə, terror təhlükəsi yaranacağı halda, fövqəladə vəziyyət rejimi yenidən tətbiq edilə bilər.

Xatırladaq ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddən sonra tətbiq edilib. Sonradan 7 dəfə üçaylıq müddətə uzadılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm