Ərdoğandan Trampa XƏBƏRDARLIQ: “Bu siyasət dəyişməsə…”
Bizi izləyin

Region

Ərdoğandan Trampa XƏBƏRDARLIQ: “Bu siyasət dəyişməsə…”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Türkiyəyə yönəlik təhdidlərinə cavab verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Afrika turnesindən qayıdan zaman jurnalistlərin suallarını cavablandıran prezident Türkiyənin geri addım atmayacağını bildirib.

O, amerikalı rahib Andrey Kreyk Brunsonla bağlı heç bir sövdələşmənin olmadığını deyib.

“Sanksiyalarla Türkiyəni geri addım atmağa məcbur edə bilməzsiniz. ABŞ-ın bu siyasəti dəyişməsə, Türkiyə kimi güclü və səmimi bir ortağını itirəcəyini unutmamalıdır”, - Ərdoğan bildirib.

Xatırladaq ki, iyulun 26-da ABŞ-ın prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin Türkiyə ilə bağlı təhdid xarakterli bəyanatlar səsləndirib. Donald Tramp və Mayk Pens bir-birinin ardınca bildiriblər ki, amerikalı rahib Andrey Kreyk Brunson tamamilə azad edilməyəcəyi halda, Türkiyəyə qarşı sanksiyalar tətbiq olunacaq.

Bundan əvvəl isə Türkiyə məhkəməsi amerikalı rahibi həbsxanadan buraxılması və ev həbsində saxlanılması barədə qərar qərar çıxarıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm