Türkiyə prezidenti: “Ankara beynəlxalq arbitraja müraciət edəcək”
Bizi izləyin

Region

Türkiyə prezidenti: “Ankara beynəlxalq arbitraja müraciət edəcək”

“ABŞ-ın terror təşkilatlarına verdiyi silahlar artıq qara bazarda satılır. Terror təşkilatlarının əlində 5 min TIR silah var. Bu, onlar üçün ciddi maliyyə resursları yaradır”.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Afrika turnesindən qayıdan zaman jurnalistlərin suallarını cavablandıran ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz bunları həmişə onlara danışırıq. Yəqin ki, bəzi şeylərdən xəbərsiz olduğumuzu düşünürlər. “S-400” komplekslərindən danışırlar. Nə oldu? Geri addım atdıqmı? Bizə “S-400”-dən imtina edin” deyənlər Yunanıstana “S-300”-dən imtina edin” dedilərmi?" Demədilər. Bizim gələcəklə bağlı müxtəlif layihələrimiz var. Bunlardan ABŞ-ın xəbəri varmı, bilmirəm. Avropa ölkələrinin xəbəri varmı, bilmirəm”, - prezident deyib.

Ərdoğan qeyd edib ki, ABŞ “F-35” tipli yeni nəsil qırıcı təyyarələrini Türkiyəyə çatdırılmasından imtina edəcəyi halda, Ankara beynəlxalq arbitraja müraciət edəcək.

“Bəzi şeylər səbr tələb edir. Səbr etməyə davam edirik. Ancaq unutmamalıyıq ki, indi biz alternativləri olan bir dünyada yaşayırıq”, - Türkiyə lideri əlavə edib.

Xatırladaq ki, ABŞ Konqresi Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri satın almaq istəməsinə görə, Türkiyə üçün nəzərdə tutulmuş “F-35” qırıcılarının bu ölkəyə çatdırımasına qadağa qoyan müddəanı hərbi büdcə barədə qanun layihəsinə daxil edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm