İrandan GÖZDAĞI: ABŞ bu gücə sahib deyil
Bizi izləyin

Region

İrandan GÖZDAĞI: ABŞ bu gücə sahib deyil

ABŞ hərbi olaraq İranla qarşı-qarşıya gələcək gücə sahib deyil.

Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, belə bəyanatla İranın daxili işlər naziri Abdulrəhman Rəhman Fəzli çıxış edib.

Nazir Kirmanşah valiliyində təşkil edilən Müqavimət İqtisadiyyatı Şurasının konfransında İran və ABŞ arasındakı nüvə böhranına toxunub.

“Biz bir dəfə müzakirə etdik və razılaşdıq. Biz bu anlaşmaya sadiq qalmayan bir tərəflə yenidən müzakirələr apara bilmərik”, - o deyib.

Müzakirələrin yenidən başlanması üçün ABŞ-ın İranın nüvə proqramı üzrə Hərtərəfli birgə iş Planına qayıtmalı olduqlarını deyən Fəzli qeyd edib ki, Birləşmiş Ştatlar ilk olaraq İran tərəfindən irəli sürülən şərtləri yerinə yetirməlidir.

“Onlar bütün öhdəliklərini yerinə yetirməli və İran xalqından üzr istəməlidirlər. Bunlar edildikdən sonra bərabər şərtlərlə müzakirə masasına oturmağa çalışa bilərik. İran həmişə müzakirəyə hazırdır, lakin hər iki tərəf bir-birilərinin hüququna hörmət etməlidir. ABŞ-ın təhdid xarakterli davranışı xoş deyil. Onların davranışı hərbi davranışdır və davamlı olaraq təhdid edirlər, ancaq hərbi olaraq İranla qarşı-qarşıya gələcək gücə sahib deyillər”, - İran rəsmisi bildirib.

ABŞ-ın İranla bərabər hərbi gücə sahib olmadığını deyən nazirin sözlərinə görə, bunun bir göstəricisi də Suriya və digər ölkələrdə uzun müddətdir davam edən müharibələrdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm