Region
İran matəm elan etdi
İran hökuməti sentyabrın 24-də ölkədə matəm elan edib.
Publika.az xəbər verir ki, sentyabrın 22-də Ahvaz şəhərində keçirilən hərbi parad zamanı terror aktı törədilməsi nəticəsində 28 nəfər həlak olub.
"İran İslam Respublikasının rəhbərliyi terror hadisəsində ölənlərin yaxınlarına başsağlığı verir. Onların dəfn gününü matəm günü elan edir", - deyə mətndə deyilir.
Eyni zamanda İran hökuməti qonşu dövlətləri terrorla mübarizədə təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.
Qeyd edək ki, sentyabrın 22-də “Müqəddəs müdafiə” həftəsinin birinci günü başlayıb. Bu münasibətlə İran İnqilab Keşikçiləri Qvardiyası və Ordu Tehran da daxil olmaqla İranın bütün şəhərlərində hərbi parad keçirir. Ölkə paytaxtında keçirilən tədbirdə İslam Respublikasının prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani iştirak edib.
Tədbirə körfəzdən və Bəndərabbas limanından 600 döyüş gəmisi də qatılıb.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO