İrandan şok Qaşıqçı açıqlaması
Bizi izləyin

Region

İrandan şok Qaşıqçı açıqlaması

Camal Qaşıqçını səudiyyəlilər öldürdü və Qərb-in yardımı ilə hadisəni ört-basdıq etməyə çalışdılar. Ancaq sonra etiraf etmək məcburiyyətində qaldılar.

Publika.az xəbər verir ki, bu sözləri İran məhkəmə orqanının rəhbəri Sadiq Ərdeşir Amuli Laricani deyib.

"Qaşıqçının faciəvi şəkildə öldürülməsi, günahsız insanların qanını tökən Səudiyyə Ərəbistanı rejimi və şöhrət arxasınca gedən gəncin - vəliəhd şahzadə Məhəmməd bin Salmanın mahiyyətini açıq şəkildə ortaya qoyur", - deyə Sadiq Ərdeşir Amuli Laricani vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm