Region
Ankaradan ABŞ-a SƏRT CAVAB
Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-ın dövlət katibi Maykl Pompeonun Türkiyəni hədəf alan bəyanatına cavab verib.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nazirliyin sözçüsü Hami Aksoy Pompeonun açıqlamasını rədd etdiklərini bildirib.
“ABŞ dövlət katibinin dünən (3 yanvar) bir xəbər saytına verdiyi müsahibə Suriya mövzusu ilə bağlı ölkəmiz barədə işlətdiyi sözləri istər üslub, istərsə də məzmun baxımından rədd edirik. Pompeonun PYD/YPG terror təşkilatı ilə kürdləri eyniləndirməsi, bilərəkdən deyilməsə belə, narahatlıq yaradan məlumat azlığını göstərir. Türkiyə Suriyanın siyasi birliyi və ərazi bütövlüyünə qəsd edən və öz milli təhlükəsizliyinə qarşı təhdid yaradan PKK/PYD/YPG ilə İŞİD terror təşkilatlarına qarşı mübarizəsini qərarlılıqla davam etdirəcək. Kürdlər də daxil olmaqla, bütün Suriya xalqına qucaq açan ölkəmizin bir terror təşkilatı ilə mübarizəsini bəlli bir toplumun hədəf alınması kimi göstərilməsi heç vaxt qəbul edilə bilməz. Bu terror təşkilatının İŞİD-lə mübarizədə ortaq olaraq görülməsini də qətiyyətlə pisləyirik”, - o deyib.
Qeyd edilir ki, Türkiyə PYD/YPG vəhşiliyindən qaçan yüz minlərlə suriyalı kürdə hələ də ev sahibliyi etdiyi və onların PYD/YPG təzyiqi səbəbiylə öz torpaqlarına dönə bilmədiyi də nəzərə alınmalıdır.
Qeyd edək kki, ABŞ-ın dövlət katibi Mayk Pompeo yerli mətbuata verdiyi müsahibədə Türkiyəyə qarşı sərt çıxışlar edib.
Pompeo ABŞ-ın Suriyadan hərbi qüvvələrini geri çəkməsi məsələsi il bağlı suala cavab verərkən bunları deyib: “ABŞ prezidenti Donald Trampın təlimatları açıq və konkretdir. Çəkilmə prosesi Trampın təlimatları ilə qətiyyətli şəkildə icra olunur. Bunları bütün cəbhələrdə yerinə yetirəcəyik. Sadəcə geri çəkilmək deyil, prezidentin ortaya qoyduğu bütün ünsürlər: türklərin kürdləri qətlə yetirməmələrini təmin etmək, Suriyada dini azlıqların qorunması və başqa nüanslar ABŞ-ın ortaya qoyduğu missiyanın parçasıdır”.
Ömər Dağlı
-
Sosial16:03
Ziya Hacılıya yüksək vəzifə verildi
-
Magazin115:16
Bu məşhurlar Elgizin qohumu imiş
-
Rəsmi xronika14:12
İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz13:33
Paşinyan telefondakı intim yazışmaları oxudu və... - İrəvanda siyasi böhran
-
Dünya13:21
Əks-hücum olacaq, Həma çölündə müdafiə xətti gücləndirilir: Xəritə dəyişəcək
-
İdman12:40
Messi ilə bağlı unikal faktlar: Pepi qəzəbləndirib, qorxuya belə qalib gəlib - FOTOLAR
-
Kriminal12:15
Azərbaycanda qadından bacılarına qarşı ŞOK İDDİA: "Biri ərimlə yatdı, digəri isə..."
-
Köşə11:20
Çoban Vəfanın “qoyun sürüsü”