Ana 3 yaşlı uşağını ticarət mərkəzində QOYUB QAÇDI - - FOTO
Bizi izləyin

Region

Ana 3 yaşlı uşağını ticarət mərkəzində QOYUB QAÇDI - - FOTO

Türkiyədə qadın 3 yaşlı uşağını ticarət mərkəzində tərk edib.

Publika.az bu ölkənin mediasına istinadən xəbər verir ki, qadın usagı ticarət mərkəzindəki oyun parkına qoyaraq gedib.

Bir müddət sonra uşaq ağlayıb və təhlükəsizlik əməkaşları ananı axtarmağa başlayıb. Bu zaman uşağın üzərində “artıq uşağa baxa bilmirəm, tək çarəm bu idi. Təkcə bu qədər baxa bildim. Uşağımın gələcəkdə peşman olmasını istəmirəm” məzmunlu məktub tapılıb.

Məktubda uşağın adının Həmzə, ananın adının isə Qəmzə olduğu yazılıb.

Təhlükəsizlik əməkdaşları bu barədə polisə məlumat veriblər. Polis əl yazısı ilə yazılmış qeyd əsasında araşdırma aparır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm