Region
Gürcüstanda daha bir nəfər qripdən öldü
Gürcüstanın Zuqdidi şəhər xəstəxanasında 24 yaşlı gənc qripdən ölüb.
“Report”un verdiyi xəbərə görə, pasiyent Zuqdidi xəstəxanasına Mestia şəhərindən yanvarın 1-də çatdırılıb.
Gəncdə həftə ərzində qızdırma və kəskin tənəffüs çatışmazlığı müşahidə olunub.
Xəstəxanada həmin şəxsə ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Bundan başqa onda digər xəstəliklərin də olduğu müəyyən olunub. O, bir neçə gün süni tənəffüs aparatına qoşulmuş halda olub.
Gəncin ölümünə H1N1 virusunun (“donuz qripi”) səbəb olması laborator araşdırma zamanı müəyyən olunacaq.
Qeyd edək ki, qonşu ölkədə bu günə qədər “donuz qripi”ndən 8 nəfər ölüb. Ölkədə 100 min sakinə 277 qripə yoluxmuş şəxs düşür.
Xatırladaq ki, Gürcüstanda yayılan А(H1N1) - “Donuz qripi” virusu ilə əlaqədar Azərbaycanın qonşu ölkə ilə olan "Sınıq Körpü" gömrük sərhəd-buraxılış məntəqəsində profilaktik tədbirlər həyata keçirilir.
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş