Ukraynada iki türk qızı öldürən qatildən ŞOK ADDIM: atasının məzarı üstündə...
Bizi izləyin

Region

Ukraynada iki türk qızı öldürən qatildən ŞOK ADDIM: atasının məzarı üstündə...

Ukraynanın Xarkov şəhərində 22 yaşlı Buket Yıldız və onun həmyaşıdı Zeynəb Hüsünbeyi öldürən Hüsnü Can Ç. həbs edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hüsnü Can Ç.-yə qarşı “əvvəlcədən planlaşdıraraq vəhşicəsinə qəsdən öldürmə” maddəsi ilə cinayət işi açılıb.

Pendikdə bir qəbiristanlıqda saxlanılan qatilin atasının qəbri üstündə qoyduğu qeyd və əşyalar diqqət çəkib.

Belə ki, o saxlanılmazdan əvvəl atasının Kurtköydəki məzarını ziyarət edib. Qəbirin yanına bir şüşə araq, silah qabı, bel çantası, ov bıçağı qoyub. Həmçinin bir kağıza “Dünyada ədalət yoxdur. Həbs də etsəniz, mən hər gün cəzamı çəkirəm”, - deyə qeyd yazaraq qəbrin yanına qoyub.

H.Can qızları öldürdükdən sonra onlara aid netbuk və mobil telefonu da götürüb. Onları Pendikdə bir mağazaya satıb.

Gülxar

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm