İran Trampın bəyanatını TƏKZİB ETDİ: O yaxşı bilir ki...
Bizi izləyin

Region

İran Trampın bəyanatını TƏKZİB ETDİ: O yaxşı bilir ki...

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi ABŞ prezidenti Donald Trampın “İran bizimlə masaya oturmaq istəyir” şəklində bəyanatına cavab verib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, nüvə sazişindən çıxmasından sonra İranı yeni müzakirələrə məcbur etməyə çalışdığını, lakin Tehranın bundan imtina etdiyini bildirib.

İranın illərdir ABŞ-ın təzyiq və sanksiya siyasətinə qarşı dayandığını Trampın yaxşı bildiyini söyləyən Qasımi qeyd edib ki, Ağ Evin başçısı İran xalqının ABŞ-ın təzyiqlərinə boyun əyməyəcəyini bilməlidir.

Qeyd edək ki, ABŞ prezidenti bazar günü etdiyi şərhində nüvə razılaşmasından çəkildikdən sonra İrana tətbiq etdiyi sanksiyaları qiymətləndirmiş və İranın danışıqlar masasına oturmaq istədiyini bildirmişdi.

“Onların vəziyyəti çox yaxşı deyil. Bizimlə masaya oturmaq istəyirlər”, - o söyləmişdi.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm