Region
Trampla razılaşdıq ki... - Ərdoğan AÇIQLADI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Tramp ilə ötən gün apardığı telefon danışıqlarının detallarını açıqlayıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğan telefon söhbətində tarixi əhəmiyyətə sahib bir razılaşmanın əldə edildiyinə inandığını deyib.
“Trampın sosial şəbəkədəki hesabından verdiyi bir sıra mesajlar məni və yoldaşlarımı üzdü. Dünən faydalı bir söhbət etdik. ABŞ prezidenti Amerika əsgərlərinin Suriyadan çəkilmə qərarını təsdiqlədi. 20 mil enində təhlükəsiz zonanın yaradılması məsələsi onun tərəfindən ifadə edildi. Bu da 30 kilometrdən bir qədər çox enində olan təhlükəsiz zonadır. Suriyadakı etnik və dini fərqləri nəzərə almadan bütün qruplara qucaq açdığımızı, PKK/YPG-nin ona tabe olmayan bütün qruplara zülm etdiyini bildirdik. Bunların sənədlərini də onun məsləhətçilərinə verdiyimizi söylədik”, - Türkiyə Prezidenti Ədalət və İnkişaf Partiyasının qrup toplantısında bildirib.
Prezident əlavə edib ki, ikitərəfli ticarət həcminin 75 milyard dollara çıxarılması hədəfinə daha sürətli addımlarla irəliləməsi mövzusunda razılaşıblar.
Ömər
-
İdman20:24
Messinin Bakıda imzaladığı topu elə qiymətə satırlar ki... - FOTO
-
Magazin219:48
“Sabah ölmək istəyirəm”
-
Sosial19:36
Əhalinin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq
-
İdman19:00
"Real Madrid"dən Mbappenin vəziyyəti ilə bağlı AÇIQLAMA - 10 gün vaxt lazımdır ki...
-
MDB18:24
Yetkinlik yaşına çatmayan qız bu ölkənin ən gənc ÇOXUŞAQLI ANASI OLDU
-
Dünya17:42
Trampın oğlu Zelenskini yenə ƏLƏ SALDI - VİDEO
-
Sosial17:19
Əhaliyə xəbərdarlıq: dekabrın 13-də...
-
Sosial16:27
Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ