Yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı artdı
Bizi izləyin

Region

Yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı artdı

İstanbulda yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə İstanbul vilayətinin qubernatoru Əli Erlikaya NTV telekanalının efirində bildirib.

Məlumata görə, Cevizli ərazisindəki binada 43 nəfər yaşayır. Hadisənin başvermə səbəbi hələ müəyyənləşdirilməyib.

Qeyd edək ki, hadisə fevralın 6-da, İstanbul şəhərinin Maltepe rayonunda baş verib. Daha əvvəl bildirilirdi ki, İstanbulda yaşayış binasının çökməsi nəticəsində 3 nəfər ölüb, dağıntılar altından 13 nəfər yaralı halda xilas edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm