Trampı əyləndirəcəyik – İrandan GÜC NÜMAYİŞİ
Bizi izləyin

Region

Trampı əyləndirəcəyik – İrandan GÜC NÜMAYİŞİ

Neft ixracı sahəsində sanksiyaların sərtləşdirilməsi halında, Tehran ABŞ-ı təəccübləndirməyə hazırdır.

Publika.az xəbər verir ki, bu haqda İran Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif İsveçrənin “Basler Zeutung” nəşrinə müsahibəsində bildirib.

“Mən bu üsulları açıqlamayacağam. Tramp gözlənilməzlik elementini sevir, buna görə də biz onu əyləndirəcəyik”, - nazir deyib.

Zərifin sözlərinə görə, İran həmçinin, ABŞ-ın sanksiyalarından yan keçərək ticarət sazişləri üçün Avropa İttifaqı tərəfindən mexanizmi kifayət hesab etmir:

“Çünki, ölkəyə ilk növbədə xarici investisiyalar lazımdır. Sanksiyalar xarici şirkətlərin gəlişinə mane olur”.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm