Ərdoğanın pilotu ilə bağlı SENSASİON FAKTLAR
Bizi izləyin

Region

Ərdoğanın pilotu ilə bağlı SENSASİON FAKTLAR

Türkiyədə 15 iyul hadisəsi zamanı prezident Rəcəb Tayyib Ərdoğanı Dalamandan İstanbula gətirən təyyarə pilotu Barış Y.-nin FETÖ üzvü olduğu aşkarlanıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, təşkilatın imamı ilə dəfələrlə görüşən Barış Y.-nin "Bankasya"ya böyük miqdarda pul yatırdığı məlum olub.

Barış həmin gecə təyyarənin onlayn izlənməsini təmin edən transporteri bağladığına görə 2017-ci ilin fevral ayında işdən çıxarılıb. O, bundan sonra başqa bir firmaya işləmək üçün müraciət edib. Şirkət onun işə qəbul edilməsi üçün heç bir terror təşkilatına üzv olmaması ilə bağlı sənəd gətirməsini tələb edib.

Bundan sonra prokurorluğa müraciət edən Barış Y. haqqında araşdırma aparılıb və onun FETÖ ilə əlaqələrinin olduğu müəyyən edilib. O, iddiaları rədd etsə də haqqında terror təşkilatı ilə əməkdaşlıq etmək maddəsi ilə cinayət işi açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm