Ərdoğanın "balkon çıxışı": Türkiyəyə qurulan tələ...
Bizi izləyin

Region

Ərdoğanın "balkon çıxışı": Türkiyəyə qurulan tələ...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərindən sonra Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahından ənənəvi "balkon çıxışı" edib.

Publika.az xəbər verir ki, "millətimiz 15 dəfə seçki qutusunda bizi birinci etdi" deyən prezident AKP-nin 3 noyabr 2002-ci il seçkilərindən bu yana bütün seçkilərdə qələbə qazandığını bildirib.

Ərdoğan MHP ilə qurduqları "Cümhur İttifaqı" blokunun qazandığı səslərin 24 iyun 2018-ci il seçkilərində əldə olunan nəticələrə çox yaxın olduğunu deyib.

Türkiyə prezidenti çıxışında təhlükəsizlik mövzusuna da yer ayırıb.

"Ölkəmizi təslim alma hədəfi daşıyan hücumların qarşısını böyük ölçüdə kəsdik. Suriya sərhədi boyu Türkiyəyə qurulan tələni qismən pozduq. İndi hədəfimiz Münbiç və Fərat çayının şərqindəki terrorçu təşkilatları aradan qaldıraraq Suriyanı təhlükəsiz bir zonaya çevirməkdir", - Ərdoğan vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm