İran məğlubiyyətə uğradı: onlarla ölü və xəstə var...
Bizi izləyin

Region

İran məğlubiyyətə uğradı: onlarla ölü və xəstə var...

“İran İslam Respublikasının alkoqollu içkilərə qadağa siyasəti məğlubiyyətə uğradı”.

Publika.az xəbər verir ki, bunu İranın sabiq daxili işlər nazirinin müavini Mustafa Taczadə deyib.

Keçmiş prezident Məhəmməd Hatəminin hökumətində işləmiş siyasi fəal, sosial media vasitəsilə mövzu haqqında fikirlərini bölüşüb. Alkoqollu içkilərin yeni qurbanlarının sayına toxunan Taczadə hökuməti spirtli içkilərlə bağlı siyasətinə yenidən baxmağa çağırıb: “Görəsən, daha neçə həmvətənimiz görmə qabiliyyətlərini itirməli və ya beyin ölümünə düçar olmalıdır ki, ölkə rəsmiləri alkoqollu içkilərlə bağlı yürütdükləri siyasətin səhv olduğunu və bununla bağlı apardıqları strategiyanın iflasa uğradığını qəbul etsinlər. Məgər, hər bir hökumətin ilk vəzifəsi, onun öz vətəndaşlarının həyatını və onların sağlamlığını qorumaq deyilmi?”

Qeyd edək ki, son həftələr İranın Meşkinşəhr, Əhər, Bukan və daha bir neçə şəhərində yüzlərlə insan saxta alkoqullu içkilərdən zəhərlənib, bir neçə nəfər ölüb. 2018-ci ilin oktyabr ayında isə İranın 8 əyalətində saxta alkoqollu içikilərdən 1000-dən çox insanın zəhərlənməsi barədə məlumat yayılıb.

Xatırladaq ki, Təbrizin Tibb Elmləri Universitetinin rəsmisi Höccət Purfəthi martın 28-də jurnalistlərə açıqlamasında Şərqi Azərbaycan əyalətində saxta spirtli içkilərdən zəhərlənənlərin sayının artıq 240 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, həmin şəxslərdən 10-u ölüb, 3-ü görmə qabiliyyətini itirib, bir neçəsi də kliniki ölüm keçirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm