İrandan cavab gecikmədi: ABŞ ordusunu...
Bizi izləyin

Region

İrandan cavab gecikmədi: ABŞ ordusunu...

İranın Xarici İşlər Nazirliyi ölkənin Ali Milli Təhlükəsizlik Şurasına Yaxın Şərqdə ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığını (CENTCOM) terror təşkilatları siyahısına daxil etməyi təklif edib.

Publika.az xəbər verir ki, bu haqda İranın Xarici İşlər Nazirliyinin Telegram-kanalında yerləşdirilən məlumatda deyilir.

İranın xarici siyasət idarəsi bildirib ki, ABŞ Yaxın Şərqdə terror qruplaşmalarını dəstəkləyir və özləri terror əməliyyatlarında iştirak edirlər.

Müraciəti müsbət cavablandıran Ali Milli Təhlükəsizlik Şurası ABŞ Silahlı Qüvvələrinini terrorçu təşkilatlar siyahısına daxil edib.

Qeyd edək ki, bu gün ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "xarici terrorçu təşkilat” kimi tanıyıb. Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm