Türkiyədən ABŞ-a qarşı GÖZLƏNİLMƏZ ADDIM: Vaşinqton qırıcıları göndərməsə...
Bizi izləyin

Region

Türkiyədən ABŞ-a qarşı GÖZLƏNİLMƏZ ADDIM: Vaşinqton qırıcıları göndərməsə...

ABŞ-ın Türkiyəyə F-35 qırıcı təyyarələrini təslim etməyəcəyi ilə bağlı təhdidləri Ankaranı Milli Müharibə Təyyarələri (TFX) proqramını sürətləndirməyə vadar edib.

Publika.az xəbər verir ki, layihənin qısa müddətdə reallaşmasının qarşısında duran əsas maneə olan qırıcı motorların istehsalı üçün Ukrayna və İngiltərə ilə danışıqlara başlanııb.

Bununla yanaşı, yeni xüsusiyyətləri olan motorların ortaq istehsalı məsələsində görüşlər aparılır.

Lakin Türkiyənin Rusiya və Çindən qırıcı alması məsələsi də gündəmdən düşmür. Qaynaqlar F-35 təyyarələrinin alternativinin olmadığını bildirsə də, Rusiya hərəkətə keçərək Türkiyəyə təklif göndərib. Rusiya “Rosoboronexport” müdafiə sənayesi şirkətinin prezidenti Aleksandr Mixeyev Türkiyəyə qırıcı satmağa hazır olduqlarını deyib. Prezident bildirib ki, Ankara belə bir tələblə çıxış etsə, Rusiya Birləşmiş Təyyarə Şirkəti ilə ortaq şəkildə qırıcı istehsal etməyə hazırdır.

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu da bu məsələdə Rusiyaya açıq qapı buraxaraq yeni qırıcılara ehtiyacları olduğunu bildirib: “F-35 olmasa, mən yenə ehtiyacım olan qırıcını almaq məcburiyyətindəyəm. Ta ki özüm istehsal edənə qədər”.

Qeyd edək ki, F-35 qırıcılarına alternativ olaraq Rusiyanın SU-57, Çinin isə J-31 qırıcıları göstərilir.

Xatırladaq ki, Türkiyənin Rusiyadan hərbi əməkdaşlıq çərşivəsində S-400 zenit raket müdafiə kompleksi alması ABŞ-ı narahat edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm