İran çıxış yolunu tapdı: ABŞ hücum edərsə, bu yolla vətəndaşlarını... - DETALLAR
Bizi izləyin

Region

İran çıxış yolunu tapdı: ABŞ hücum edərsə, bu yolla vətəndaşlarını... - DETALLAR

“Amerika ilə müharibə olsa, ölkədə sosial şəbəkələr bağlanacaq”.

Publika.az xəbər verir ki, bunu İranın Mülki Müdafiə Təşkilatının (MMT) rəhbəri Qulamrza Cəlali deyib.

Amerika ilə mümkün müharibə ehtimallarından danışan təşkilat rəhbəri açıqlamasında İranla İraq arasında baş vermiş 8 illik müharibə dövründə yaranmış böhran şəraitində insanları idarə etmək tərzinə toxunub.

Qulamrza Cəlali bildirib ki, düşmən sosial şəbəkələrdən istifadə edərək, ölkə vətəndaşlarına təsir etməyə çalışır: “Bu gün ölkənin öz yerli sosial şəbəkələrinin olmaması Amerikaya imkan verir ki, dünyada fəaliyyət göstərən sosial platformalar vasitəsilə ölkə iqtisadiyyatına və vətəndaşlarımıza təsir göstərsin. Hesab edirəm ki, bunun qarşısı alınmalıdır. Məhz buna görə də müharibə baş verəcəyi təqdirdə, təhlükəsizlik məsələləri ilə bağlı böhranlı vəziyyəti nəzərə alaraq, ölkədə bütün sosial şəbəkələr bağlanacaq. Bununla da düşmənin ölkə vətəndaşlarına psixoloji təsiri aradan qaldırılacaq, iqtisadiyyatımıza qarşı təzyiqləri öz təsirini itirəcək”.

Xatırladaq ki, İranın körfəzdə Hörmüz boğazını neft daşıyan beynəlxalq gəmilərin üzünə bağlayacağı ilə bağlı təhdidlərinə cavab olaraq, ABŞ Müdafiə Nazirliyi üç həftə əvvəl Amerikanın “USS Abraham Linkoln” təyyarədaşıyan gəmisini, B-52 strateji bombardımançılarını və “Patriot” zenit-raket kompleksini körfəzə göndərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm