Zərif İsrailin hərəkətlərini Lavrovla müzakirə edəcək
Bizi izləyin

Region

Zərif İsrailin hərəkətlərini Lavrovla müzakirə edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sentyabrın 2-də rusiyalı həmkarı Sergey Lavrovla Yaxın Şərqdə İsrailin hərəkətlərini müzakirə edəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Moskvaya səfər edən iranlı nazir bildirib.

“İkitərəfli məsələlərdən başqa, biz həmçinin, regional problemləri müzakirə edəcəyik. Suriya və Yəmən üzrə koordinasiya lazımdır, həmçinin regionda sionist rejimin təcavüzünü müzakirə edəcəyik”, - İran Xarici İşlər Nazirliyinin başçısı deyib.

Qeyd edək ki, İsrail-Livan sərhədində bu gün vəziyyət kəskinləşib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm