Çavuşoğlu Xocalı soyqırımından sual verən jurnalisti YERİNDƏ OTURTDU
Bizi izləyin

Region

Çavuşoğlu Xocalı soyqırımından sual verən jurnalisti YERİNDƏ OTURTDU

“Bir soyqırımı varsa, onu da Xocalıda ermənilər törədib”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Antalyada İqtisadi Əməkdaşlıq Təşkilatının 24-cü nazirlər şurasının toplantısında ABŞ Konqresi Nümayəndələr Palatası tərəfindən 1915-ci il hadisələrinin erməni soyqırımı kimi tanınmasına dair nazirə sual ünvanlayan jurnalist bu cavabı alıb: “Burada ikili standart var. İkiüzlülük edilir. ABŞ ona görə narahatdır ki, “Barış Pınarı” hərəkatı ilə onların planları pozulub. Suriyanın şimalında terror dövləti qurmaq istəyirdilər. Biz buna mane olduq. Bu gün soyqırımından bəhs edəcəyiksə, yaxın tarixdə Xocalıda yaşanan da soyqırımıdır. Çünki oradakı ermənilər bütün azərbaycanlı bacı-qardaşlarımızı təmizləmək istədilər. 613 azərbaycanlı bacı-qardaşımızdan bəhs edirik. Hələ də itkin insanlar var. 106 qadın və 183 uşağın baş dərisini soyacaq qədər vəhşi şəkildə öldürdülər. Etnik təmizlik buna deyilir. Niyə bunları görməzdən gəlirsiniz?”

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm